İspaniya kubokunda yarımfinal mərhələsinin ilk oyunları başa çatıb.
QOL.az xəbər verir ki, 2-ci oyun günündə "Atletiko" "Barselona"nı qəbul edib. Qarşılaşma Madriddəki "Sivitas Metropolitano" stadionunda keçirilib və Xuan Martines tərəfindən idarə olunub.
Oyunda "Atletiko" "Barselona"nı darmadağın edib - 4:0.
Ötən gecə isə "Real Sosyedad" səfərdə "Atletik"i üstələmişdi.
Qeyd edək ki, cavab görüşləri çərçivəsində "Barselona" - "Atletiko" oyunu Mərkəzi Avropa vaxtı ilə 3 mart saat 21:00-da, Bakı vaxtı ilə 4 mart saat 00:00-da başlayacaq. "Real Sosyedad" - "Atletik" matçı isə Mərkəzi Avropa vaxtı ilə 4 mart saat 21:00-da, Bakı vaxtı ilə 5 mart saat 00:00-da start götürəcək.
İspaniya kuboku, yarımfinal, ilk oyunlar
"Atletiko" - "Barselona" - 4:0
Qollar: Qarsiya, 7-avtoqol, Qrizmann, 14, Lukman, 33, Alvarez, 45+2
Qırmızı vərəqə: Qarsiya, 86 ("Barselona")
“Çelsi” onu hədəfə aldı
İkardi "İnter"ə qayıdır?
"Məqsədimiz “Barselona”ya qalib gəlmək deyil"
Rüfət Abdullazadənin komandasından heç-heçə
Güləşçilərimizdən 1 gümüş,1 bürünc medal
Qurban Qurbanov onları cəzalandıracaq? - Video
“Qəbələ” - “Qarabağ” matçından - Video
Nəriman Axundzadə yenə ehtiyatda qaldı
"Qarabağ" və "Zirə" xal itirdi
Şamaxıda vurulan 4 qol - Video
Toral qol ötürməsi verdi, "Bursaspor" qələbə qazandı
“Çelsi” “Mançester Yunayted”i xalsız yola saldı
“Aston Villa” onu məhkəməyə verə bilər