"Qarabağ" FK-nın prezidenti Tahir Gözel Misli Premyer Liqasının 21-ci turunda "Neftçi" ilə keçirilməli olan oyunun təxirə salınmasına razılıq verdiyi üçün rəqib kluba xüsusi təşəkkür edib.
“Qarabağ” UEFA Çempionlar Liqasında pley-off mərhələsinə yüksələrək Azərbaycan futbol tarixində yeni və əlamətdar səhifə açıb. Bu, təkcə Ağdam təmsilçisinin nailiyyəti deyil, eyni zamanda ölkə futbolunun beynəlxalq arenada artan nüfuzunun və davamlı inkişafının göstəricisidir.
“Nyukasl” klubuna qarşı keçiriləcək pley-off mərhələsinin iki oyunu arasında cəmi 6 günlük fasilənin olması, həmçinin bu müddət ərzində komandanın İngiltərəyə uzun səfər edəcəyini nəzərə alaraq klub Misli Premyer Liqasının 21-ci turu çərçivəsində “Neftçi” PFK ilə keçirilməli olan oyunun təxirə salınması ilə bağlı Peşəkar Futbol Liqasına rəsmi müraciət ünvanlayıb.
Peşəkar Futbol Liqası da öz növbəsində Əsasnaməyə uyğun olaraq “Neftçi” PFK-nın razılığını alıb və qarşılaşmanın başqa tarixə keçirilməsi barədə qərar qəbul edib.
QOL.az xəbər verir ki, “Qarabağ”ın prezidenti Tahir Gözel bununla bağlı Ağdam təmsilçisinin rəsmi saytına açıqlama verib. O, göstərilən anlayış və dəstəyə görə “Neftçi” klubuna təşəkkürünü bildirib:
“Oyunun təxirə salınması ilə bağlı göstərilən anlayış və konstruktiv mövqeyə görə “Neftçi” PFK-nın rəhbərliyinə və İdarə Heyətinə səmimi təşəkkürümü bildirirəm. “Neftçi” klubu bu qərarı ilə bir daha öz futbol ənənəsinə, əsalətinə və Azərbaycan futbolunun ümumi maraqlarına sadiqliyini nümayiş etdirdi. Bu addım sübut etdi ki, rəqabət nə qədər prinsipial olsa da, milli ruh, qarşılıqlı hörmət və birlik hər zaman prioritet olaraq qalır.
İnanıram ki, bu cür yanaşmalar ölkə futbolunun inkişafına və klublar arasında sağlam münasibətlərin daha da möhkəmlənməsinə xidmət edir. Eyni zamanda müraciətimizə Əsasnaməyə uyğun, operativ və obyektiv şəkildə yanaşdığına görə Peşəkar Futbol Liqasına minnətdarlığımı bildirirəm.
“Neftçi” PFK-ya gələcək fəaliyyətində uğurlar arzulayıram”.
"Qalatasaray"ın yetirməsi doğma klubuna qayıtmağa hazırlaşır
“Bizim vəzifəmiz meydanda döyüşməkdir” - Qurban Qurbanov
"Qarabağ"ın qələbəsindən - Video
"Qarabağ" "Sumqayıt"a, "Sabah" "Araz-Naxçıvan"a qalib gəldi
"Hakimləri qorumaq üçün VAR sistemini tətbiq etməliyik"
“Qızıl top” qalibləri nə vaxt açıqlanacaq?
"Neftçi" xorvatiyalı futbolçu transfer etdi
"Çelsi"dən ayrıla bilər
“Müdafiədə yenə kobud səhv etdik” - Zaur İsmayılov
Benzema "ƏI-Hilal"dan getdi
"Sabah" "Araz-Naxçıvanı"ı belə məğlub etdi - Video
Messi millidəki karyerasını başa vurdu - Şəkil
Kenan Yıldız əməliyyat olundu
"Sumqayıt" - "Qarabağ" matçının heyətləri açıqlandı
Gəncə stadionunda azarkeş coşğusu - Video
Azərbaycan millisi Polşada birinci yeri tutdu
Mahir Emrelinin baş məşqçisi istefa verdi
“Əvvəlcə sağal, sonra qapımız sənin üzünə açıq olacaq”
"Liverpul"da qala bilər
"Milan" Hatçinsonun transferi ilə bağlı razılığa gəldi
"Araz-Naxçıvan" - "Sabah": Heyətlər açıqlandı
"Mançester Siti" Braziliyadan hücumçu transfer etdi
"Tottenhem"dən "Portu"ya
Azərbaycan klubundan ayrıldı, Rumıniyada oynayacaq
Trabzonda Salahın adı küçəyə verilə bilər