İtaliya A Seriyasında mübarizə aparan "Atalanta" klubu növbəti tura itki ilə çıxacaq.
QOL.az xəbər verir ki, Berqamo təmsilçisinin aparıcı futbolçusu Şarl De Ketelare məşq zamanı zədələnib.
Məlumata görə, belçikalı hücumçunun fevralın 14-də "Latsio"ya qarşı keçiriləcək vacib oyunu buraxacağı dəqiqləşib. Klubun mətbuat xidməti zədənin dərəcəsi barədə ətraflı məlumat verməsə də, futbolçunun yaşıl meydanlara nə vaxt qayıdacağı hələlik sual altındadır.
Qeyd edək ki, "Milan"dakı uğursuz karyerasından sonra 2023-cü ildən "Atalanta"da parlayan De Ketelare bu mövsüm komandanın əsas fiqurlarından biridir. Hazırda Berqamo klubu çempionatda 7-ci pillədə qərarlaşıb.
“Çelsi” onu hədəfə aldı
İkardi "İnter"ə qayıdır?
"Məqsədimiz “Barselona”ya qalib gəlmək deyil"
Rüfət Abdullazadənin komandasından heç-heçə
Güləşçilərimizdən 1 gümüş,1 bürünc medal
Qurban Qurbanov onları cəzalandıracaq? - Video
“Qəbələ” - “Qarabağ” matçından - Video
Nəriman Axundzadə yenə ehtiyatda qaldı
"Qarabağ" və "Zirə" xal itirdi
Şamaxıda vurulan 4 qol - Video
Toral qol ötürməsi verdi, "Bursaspor" qələbə qazandı
“Çelsi” “Mançester Yunayted”i xalsız yola saldı
“Aston Villa” onu məhkəməyə verə bilər