Portuqaliya Futbol Federasiyası (FPF) milli komandanın qarşısına konkret hədəf qoyub.
QOL.az "The Touchline"a istinadən xəbər verir ki, qurum rəsmiləri qarşıdakı dünya çempionatında komandanın finala qədər irəliləməsini rəsmi hədəf kimi müəyyənləşdirib.
Roberto Martinesin rəhbərlik etdiyi kollektiv seçmə mərhələdə uğurlu çıxışla yadda qalıb. Komanda F qrupunda Macarıstan, İrlandiya və Ermənistanla mübarizədə 6 oyundan 13 xal toplayaraq qrup lideri kimi mundiala vəsiqə qazanıb.
Bu, Portuqaliya millisinin ardıcıl 7-ci dəfə dünya çempionatında iştirakı olacaq. Xatırladaq ki, turnir 2026-cı il iyunun 11-dən iyulun 19-dək ABŞ, Kanada və Meksikada keçiriləcək.
Qeyd edək ki, federasiyanın dünya çempionatından sonra baş məşqçi postuna Joze Mourinyonu gətirmək variantını nəzərdən keçirdiyi də bildirilir.
“Çelsi” onu hədəfə aldı
İkardi "İnter"ə qayıdır?
"Məqsədimiz “Barselona”ya qalib gəlmək deyil"
Rüfət Abdullazadənin komandasından heç-heçə
Güləşçilərimizdən 1 gümüş,1 bürünc medal
Qurban Qurbanov onları cəzalandıracaq? - Video
“Qəbələ” - “Qarabağ” matçından - Video
Nəriman Axundzadə yenə ehtiyatda qaldı
"Qarabağ" və "Zirə" xal itirdi
Şamaxıda vurulan 4 qol - Video
Toral qol ötürməsi verdi, "Bursaspor" qələbə qazandı
“Çelsi” “Mançester Yunayted”i xalsız yola saldı
“Aston Villa” onu məhkəməyə verə bilər