İspaniya Kral Kubokunun yarımfinalında "Atletiko" ilə qarşılaşacaq "Barselona" ciddi itki ilə üzləşib.
QOL.az xəbər verir ki, Kataloniya təmsilçisinin aparıcı hücumçusu Markus Reşford zədələnərək sıradan çıxıb.
"Mançester Yunayted"dən icarəyə götürülən və son oyunlarda komandanın əsas oyunçusuna çevrilən futbolçunun sol dizində ağrılar hiss etdiyi bildirilir. Klubun rəsmi açıqlamasına görə, şənbə günü "Malyorka" ilə oyunda zədələnən futbolçu sabahkı vacib matçda iştirak edə bilməyəcək.
Bundan başqa, komandanın digər oyunçusu Rafinyanın da oynamaq ehtimalı olduqca aşağıdır. Əzələ yorğunluğundan əziyyət çəkən braziliyalı vinger hələ də komanda ilə məşqlərə qoşulmayıb və fərdi hazırlıq keçir.
Qeyd edək ki, son 18 oyunun 17-də qələbə qazanan "Barselona"nı sabah Madriddə çətin sınaq gözləyir.
“Çelsi” onu hədəfə aldı
İkardi "İnter"ə qayıdır?
"Məqsədimiz “Barselona”ya qalib gəlmək deyil"
Rüfət Abdullazadənin komandasından heç-heçə
Güləşçilərimizdən 1 gümüş,1 bürünc medal
Qurban Qurbanov onları cəzalandıracaq? - Video
“Qəbələ” - “Qarabağ” matçından - Video
Nəriman Axundzadə yenə ehtiyatda qaldı
"Qarabağ" və "Zirə" xal itirdi
Şamaxıda vurulan 4 qol - Video
Toral qol ötürməsi verdi, "Bursaspor" qələbə qazandı
“Çelsi” “Mançester Yunayted”i xalsız yola saldı
“Aston Villa” onu məhkəməyə verə bilər