Baş məşqçidən etiraz: "Həmin qol ləğv olunmalıdır"

Baş məşqçidən etiraz: "Həmin qol ləğv olunmalıdır"
DÜNYA FUTBOLU 11 Fevral 2026 / 18:01 1107
-  A +

İngiltərə Premyer Liqasında "Lids"lə heç-heçə (2:2) edən "Çelsi"nin baş məşqçisi Liam Rosenior hakimlərin qərarından qəzəblənib.

QOL.az "Evening Standard"a istinadən xəbər verir ki, gənc mütəxəssis rəqibin bərabərlik qolunun qaydalar çərçivəsində vurulmadığını iddia edib.

Xatırladaq ki, "zadəganlar"ın 2 top fərqi ilə öndə olduğu matçda "Lids" geri dönüş edib. Rəqibin Ceyden Boql tərəfindən vurulan ikinci qolu zamanı topun onun əlinə dəydiyi görülsə də, VAR hakimləri bunu "qəsdən edilməyən hərəkət" kimi qiymətləndirərək qolu qeydə alıblar.

Rosenior isə bu izahatla razılaşmayıb və sərt danışıb:

"Qaydalarda açıq şəkildə yazılıb ki, qoldan əvvəl hücum edən oyunçunun əlinə istənilən təmas olarsa, qol ləğv edilməlidir. Əgər onlar "qəsdən oynamadı" bəhanəsi ilə qolu sayırlarsa, o zaman kimsə çıxıb mənə futbol qaydalarını yenidən izah etsin. Hakimlərin bu cür izahatı məni daha da özümdən çıxarır. Bu, qəbuledilməzdir".

Daha çox


Son xəbərlər
topaz banner