Türkiyənin "Qalatasaray" klubunun ulduz hücumçusu Mauro İkardi yenidən İtaliya A Seriyasına qayıda bilər.
QOL.az xəbər verir ki, bu barədə jurnalist Ekrem Konur məlumat yayıb. Turin nəhəngi "Yuventus" argentinalı futbolçunu heyətinə qatmaq niyyətindədir.
"Qoca Sinyora"nın təcrübəli forvarda 1,5 illik müqavilə təklif etməyə hazır olduğu bildirilir. Transferin əsas təşəbbüskarı isə komandanın baş məşqçisi Luçano Spallettidir. Vaxtilə "İnter"də İkardi ilə birlikdə işləyən mütəxəssis onun potensialına yaxşı bələddir və hücum xəttini məhz onunla gücləndirmək istəyir.
Xatırladaq ki, İkardinin "sarı-qırmızı"larla hazırkı müqaviləsi 2026-cı ilin iyununa qədər qüvvədədir.
Qeyd edək ki, cari mövsümdə Türkiyə Superliqasında 18 oyuna çıxan İkardi 9 qolla yadda qalıb.
İkardi "İnter"ə qayıdır?
"Məqsədimiz “Barselona”ya qalib gəlmək deyil"
Rüfət Abdullazadənin komandasından heç-heçə
Güləşçilərimizdən 1 gümüş,1 bürünc medal
Qurban Qurbanov onları cəzalandıracaq? - Video
“Qəbələ” - “Qarabağ” matçından - Video
Nəriman Axundzadə yenə ehtiyatda qaldı
"Qarabağ" və "Zirə" xal itirdi
Şamaxıda vurulan 4 qol - Video
Toral qol ötürməsi verdi, "Bursaspor" qələbə qazandı
“Çelsi” “Mançester Yunayted”i xalsız yola saldı
“Aston Villa” onu məhkəməyə verə bilər
Ronaldodan “Qızıl top”la bağlı növbəti boykot qərarı
"Qəbələ" - "Qarabağ": Heyətlər
Venger Bakıdakı turnir haqda: “Hər kəs yarışa aşiq oldu"
Harri Keyn: “Hələ də baş verənləri tam dərk etməmişəm”
“Yuventus” Spalettinin əvəzləyicisini tapdı
"Araz-Naxçıvan" - "Zirə": Heyətlər açıqlandı