"Qarabağ" uduzsa da, pley-offa adladı - Yenilənib-2

"Qarabağ" uduzsa da, pley-offa adladı - Yenilənib-2
ÇEMPİONLAR LİQASI 29 Yanvar 2026 / 01:53 9643
-  A +

Bu gecə "Qarabağ" Çempionlar Liqasının Liqa mərhələsində sonuncu - 8-ci tur matçına çıxıb.

QOL.az xəbər verir ki, Qurban Qurbanovun komandası səfərdə İngiltərə nəhəngi "Liverpul"la qarşılaşıb. "Enfild" stadonunda keçirilən görüş "Liverpul"un 6:0 hesablı qələbəsi ilə başa çatıb. 

Buna baxmayaraq, Ağdam təmsilçisi digər matçların nəticələrindən asılı olaraq, ilk 24-lüyə düşməyi bacarıb. Beləliklə, "Qarabağ" pley-off mərhələsinə vəsiqə qazanıb. 

"Qarabağ" Liqa mərhələsini 10 xalla 22-ci pillədə başa vurub.

UEFA Çempionlar Liqası, Liqa mərhələsi, 8-ci tur

00:00. "Liverpul" (İngiltərə) - "Qarabağ" (Azərbaycan) - 6:0 

Qollar: Aleksis Makallister, 15, Florian Virtz, 21, Məhəmməd Salah, 50, Uqo Ekitike, 57, Aleksis Makallister, 62, Federiko Kyeza, 90

Hakimlər: İvan Krujlyak, Branislav Hantsko, Yan Pozor, Peter Kraloviç

VAR: Pol van Boekel

AVAR: Yan Boterberq

"Enfild" stadionu, Liverpul, İngiltərə.

Daha çox


Son xəbərlər
28.01.26  20:52

"Çelsi"dən getdi

Topaz Desktop Banner