"PSJ"nin baş məşqçisi Luis Enrike yarımmüdafiəçi Li Kan İnin komandadan ayrılmasına razılıq verməyib.
QOL.az "Marca"ya istinadən xəbər verir ki, ispaniyalı mütəxəssis futbolçunun Madrid "Atletiko"suna potensial transferinin qarşısını alıb. O, 24 yaşlı cənubi koreyalı yarımmüdafiəçini komanda üçün dəyərli oyunçu hesab etdiyi üçün bu keçidə razılıq verməyib.
Məlumata görə, Li Kan İn özü İspaniyaya qayıtmağın əleyhinə olmayıb. Bildirilir ki, "Atletiko"nun qış transfer pəncərəsində yarımmüdafiəçini heyətinə qatmaq imkanı olmasa da, klub yayda bu transferi yenidən reallaşdırmağa cəhd edəcək.
Qeyd edək ki, Li Kan İn 2023-cü ilin yayında "Malyorka"dan PSJ-yə keçib. O, cari mövsümdə Paris təmsilçisinin heyətində bütün turnirlər daxil olmaqla 21 oyuna çıxıb, 2 qol və 3 məhsuldar ötürmə ilə yadda qalıb. Futbolçunun klubla hazırkı müqaviləsi 2028-ci ilin yayına qədər qüvvədədir.
“Çelsi” onu hədəfə aldı
Fermin Lopesdən “Mançester Yunayted”ə cavab
Dambrauskasa "Fənərbaxça”dan təklif var?
"İmişli" - "Kəpəz" matçından - Video
“Qalatasaray”da daha bir istefa
"Neftçi" "Şamaxı"ya, "Kəpəz" "İmişli"yə qalib gəlib
“Bavariya”nın futbolçuları sıradan çıxdı
“Neftçi”ni liderliyə yüksəldən qələbəsindən - Video
UEFA-dan Babək Quliyevə yeni təyinat
“Uşaqlar üçün böyük təcrübə oldu” - Azər Bağırov
"Şamaxı" heç də asan rəqib deyil" - Yuri Vernidub
"Kəpəz" - "İmişli": Heyətlər
Elxan Səmədov “Neftçi”nin futbolçusunu mükafatlandırdı
Gecə əyləncəsi Qrilişə baha başa gəldi
"Şamaxı" - "Neftçi": Heyətlər açıqlandı
"Barselona"nın şousu - Video
“Milan” 53 il əvvəlki nəticəsini təkrarladı
37 yaşlı Roysdan 1 oyunda 3 qol ötürməsi
"El-Klasiko" zamanı evi qarət edildi
Azərbaycan millisinin futbolçusu İtaliyada qol vurdu - Video
Milan derbisində göz oxşayan qollar - Video