"Sumqayıt" "Osiyek"ə məğlub oldu

"Sumqayıt" "Osiyek"ə məğlub oldu
ÖLKƏ FUTBOLU 16 Yanvar 2026 / 20:30 3620
-  A +

"Sumqayıt" Antalya toplanışı çərçivəsində bu gün sonuncu yoxlama oyununa çıxıb.

QOL.az xəbər verir ki, Saşa İliçin komandası Xorvatiyanın "Osiyek" klubu ilə üz-üzə gəlib. Görüşdə "Osiyek" 2:0 hesabı ilə qalib gəlib.

"Osiyek" hazırda Xorvatiya çempionatında 18 turdan sonra 14 xalla sonuncu - 10-cu pillədə qərarlaşıb. Komanda bu gün "Qarabağ"la da yoxlama oyunu keçirəcək.

Qeyd edək ki, "Sumqayıt" ilk yoxlama matçında Macarıstan “Pakş”ına 1:5, 2-ci sınaq oyununda Serbiyanın “OFK Belqrad” klubuna 1:4 hesabı ilə uduzub.

Daha çox


Son xəbərlər
25.04.26  17:14

"Ayaks"dan gedir

25.04.26  15:39

Mbappe zədələndi

24.04.26  20:15

"Real"da ciddi itki

topaz banner