"Neftçi"nin baş məşqçisi Yuri Vernidub sport.ua saytına maraqlı müsahibə verib.
QOL.az-ın məlumatına görə, 3 həftə əvvəl paytaxt klubu ilə müqavilə imzalayan mütəxəssis Yeni ili Bakıda qarşılayıb. Vernidub ona zəng vuran ukraynalı jurnalistin suallarını isə belə cavablandırıb:
- Neçə yaşınıza qədər Şaxta Babaya inanırdınız?
- (Gülür - red.) Artıq xatırlamıram. Bilirdim ki, Şaxta Baba yoxdur, amma inanırdım. Uzun müddət ona açıqcalar yazırdım və Şaxta Baba da istəklərimi yerinə yetirirdi. Arzularım demək olar ki, hər zaman reallaşırdı.
- 2026-cı ildən həm Ukrayna vətəndaşı, həm də futbol məşqçisi kimi nə gözləyirsiniz?
- İstəyirəm ki, hər şey müsbət olsun. Ukrayna vətəndaşı kimi yalnız bir arzum var: sülh, xeyirxahlıq və qarşılıqlı anlaşma. Müharibə ilə bağlı bütün çətinliklərin sona çatmasını istəyirəm. Hazırda hər birimiz üçün ən vacib olan sülhə can atmaq və qələbəmizə inanmaqdır. Bütün Ukrayna vətəndaşlarına arzu edirəm ki, ölkələrini sevsin və dəyərləndirsinlər. Necə olmasından və onun haqqında nə deyilməsindən asılı olmayaraq, bu bizim Vətənimizdir. Bizim üçün o, vahid və bölünməz olmalıdır. Futbola gəlincə, Ukrayna millisinin 2026-cı il dünya çempionatının final mərhələsinə vəsiqə qazanmasını, klublarımızın isə avrokuboklarda uğurla çıxış etməsini arzulayıram. Çətinliklərə baxmayaraq, Ukrayna futbolu yaşayır. Əminəm ki, o yenidən dirçələcək və əvvəlki kimi beynəlxalq arenada sözünü deyəcək.
“Onunla işləmək əsl kabusdur”
60 min avroluq saatları oğurlandı
UEFA-nın vitse-prezidenti Qvardiolanı tənqid etdi
Yeni baş məşqçinin transfer hədəfi bilindi
“Qalatasaray” 5 futbolçu ilə yollarını ayırmağa hazırlaşır
Əliyar Ağayev Millətlər Liqası matçına təyinat aldı
Kosovo və İsrail heç-heçə etdi
Almaniya ilə matçı buraxacaq
Ronaldodan sonra formanın dizaynı dəyişdi - Şəkil
Azərbaycan millisi Omana qalib gəldi
"Yamal dahidir, onu qorumalıyıq"
Yoldaşlıq görüşündə Ançelotti qırmızı vərəqə aldı
"Şəfa" "Şahdağ Qusar"a məğlub oldu
"Barselona" ilə matça görə kral qaydasını pozdu
Yaponiya Braziliyaya qalib gəldi
Bugünkü oyunu buraxacaq
Şahzadə Uilyam kral protokolunu pozaraq ÇL matçına getdi
"Kəpəz" "Gəncəbasar"la heç-heçə etdi
Fransa klubunun yeni baş məşqçisi açıqlandı
Rövşən Nəcəf millimizi təbrik etdi
Noyer həyat yoldaşından ayrıldı