"Qəbələ" "Turan Tovuz"a, "Sabah" "Neftçi"yə qarşı - Yenilənir

"Qəbələ" "Turan Tovuz"a, "Sabah" "Neftçi"yə qarşı - Yenilənir
PREMYER LİQA 8 Dekabr 2025 / 09:00 309
-  A +

Misli Premyer Liqasında 14-cü tur davam edir.

QOL.az xəbər verir ki, 3-cü oyun gününə 2 matç nəzərdə tutulub.

Əvvəlcə "Qəbələ" "Turan Tovuz"u qəbul edəcək. Hazırda turnir cədvəlində Əyalət təmsilçisi 8 xalla 10-cu, Tovuz klubu isə 24 xalla 4-cüdür.

Günün digər matçında "Neftçi" "Sabah"ın qonağı olacaq. Sıralamada "Sabah" 25 xalla 3-cü, "Neftçi" isə 16 xalla 8-ci pillədə qərarlaşır.

Bu turun son 2 görüşü sabah keçiriləcək. 

Misli Premyer Liqası, 14-cü tur

8 dekabr (bazar ertəsi)

17:00. “Qəbələ” – “Turan Tovuz”
Hakimlər: Tural Qurbanov, Asiman Əzizli, Eyyub İbrahimov, Elvin Bayramov 
VAR: Nicat İsmayıllı
AVAR: Şirmamed Mamedov
Qəbələ şəhər stadionu

20:00. “Sabah” – “Neftçi”
Hakimlər: Rəvan Həmzəzadə, Akif Əmirəli, Cəmil Quliyev, Kamranbəy Rəhimov
VAR: Rauf Cabarov
AVAR: Rəhman İmami
“Bank Respublika Arena”

9 dekabr (çərşənbə axşamı)

17:00. “Araz-Naxçıvan” – “Kəpəz” 

19:30. “Sumqayıt” – “İmişli”

6 dekabr (şənbə)

"Zirə” - “Qarabağ” - 1:1

7 dekabr (bazar)

“Karvan-Yevlax” - “Şamaxı” - 0:3

Daha çox


Son xəbərlər