Bu gün DÇ-2026-nın püşkü atılır

Bu gün DÇ-2026-nın püşkü atılır
DÇ-2026 5 Dekabr 2025 / 09:00 512
-  A +

Bu gün 2026-cı ildə ABŞ, Kanada və Meksikada təşkil olunacaq dünya çempionatının püşkatma mərasimi keçiriləcək. 

QOL.az xəbər verir ki, mərasim ABŞ-ın paytaxtı Vaşinqtondakı "Kennedi Senter"də olacaq. Tədbir Bakı vaxtı ilə saat 21:00-da başlayacaq və Azərbaycanda İctimai Televiziya vasitəsi ilə canlı yayımlanacaq.

DÇ-2026-da tarixdə ilk dəfə 48 komanda mübarizə aparacaq. Püşkatmanın səbətləri isə aşağıdakı kimidir:

1-ci səbət: Kanada, Meksika, ABŞ, İspaniya, Argentina, Fransa, İngiltərə, Braziliya, Portuqaliya, Niderland, Belçika, Almaniya

2-ci səbət: Xorvatiya, Mərakeş, Kolumbiya, Uruqvay, İsveçrə, Yaponiya, Seneqal, İran, Koreya Respublikası, Ekvador, Avstriya, Avstraliya.

3-cü səbət: Norveç, Panama, Misir, Əlcəzair, Şotlandiya, Paraqvay, Tunis, Fil Dişi Sahili, Özbəkistan, Qətər, Səudiyyə Ərəbistanı, Cənubi Afrika.

4-cü səbət: İordaniya, Kabо-Verde, Qana, Kurasaо, Haiti, Yeni Zelandiya, Avropa pley-off oyunlarının qalibləri (4 komanda) və FİFA pley-off qalibləri (2 komanda).

Qeyd edək ki, 2026-cı il dünya çempionatı 11 iyun – 19 iyul tarixlərində keçiriləcək.

Daha çox


Son xəbərlər