U-17 millimiz İsrailə qarşı

U-17 millimiz İsrailə qarşı
ÖLKƏ FUTBOLU 11 Oktyabr 2025 / 12:57 370
-  A +

Bu gün Azərbaycanın U-17 millisi Avropa çempionatının seçmə mərhələsi çərçivəsində ikinci oyununa çıxacaq.

QOL.az xəbər verir ki, komandamız İsrailin müvafiq yaş qrupundan ibarət kollektivi ilə qarşılaşacaq.

Fransanın Sen-Pol-le-Daks şəhərindəki "Park de Sport" stadionunda keçiriləcək görüş Bakı vaxtı ilə saat 20:00-da başlayacaq.

Oyunu Norveç və Fransadan olan hakimlər briqadası idarə edəcək. 

Bu qrupun digər oyununda Rumıniya Fransa ilə üz-üzə gələcək.

Qeyd edək ki, millimiz ilk görüşündə Fransaya 0:8 hesabı ilə uduzub.

11 oktyabr 

20:00. İsrail (U-17) - Azərbaycan (U-17) 

Baş hakim: Marius Hansen Qrotta (Norveç) 

"Park de Sport" stadionu, Sen-Pol-le-Daks 

Daha çox


Son xəbərlər
10.10.25  14:29

Millidə yeni bombardir