16 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi Qəbələdə təşkil olunan III MDB Oyunlarında final matçına çıxıb.
QOL.az xəbər verir ki, yığmamız həlledici oyunda Rusiyanın müvafiq yaş qrupundan ibarət komandası ilə qarşılaşıb. Qəbələ şəhər stadionunda keçirilən görüş qonaq komandanın 3:2 hesablı qələbəsi ilə yekunlaşıb.
Komandamızın heyətində hər iki qolu Əli Bəşirov (46 və 67-ci dəqiqələr) vurub.
Bununla Rusiya yığması III MDB Oyunlarının qalibi olub, Azərbaycan millisi isə gümüş mükafat qazanıb. 3-cü yer uğrunda matçda Tacikistan üzərində 2:0 hesablı qələbə qazanan Belarus seçməsi turnirin bürünc medallarına yiyələnib.
Qeyd edək ki, millimiz qrupdakı oyunlarında Tacikistanı 1:0, Qırğızıstanı isə 4:0 hesabı ilə məğlub edib.
“Sabah”a uduzduqdan sonra komandasını tənqid etdi
“Qarabağ” “Sabah”ı təbrik etdi
Bravo, “Sabah”!
Azərbaycan millisi “Antalyaspor”a qalib gəldi
"Qalatasaray" - "Barselona" matçının heyətləri açıqlandı
Kahim Perris Azərbaycan futbol tarixinə düşdü
Premyer Liqa klubları zərərlə işləyir
"Bu söhbətlərdən yorulmuşam"
“Real” La Liqanın oyun təqvimindən narazı qaldı
Azarkeşlər son anda qadağa ilə üzləşdi
"Sabah" - "Slaviya" matçının heyətləri açıqlandı
Danimarkanın tanınmış klubu satıla bilər
“Fənərbaxça” ilə oyun öncəsi “Aston Villa”da itkilər