"Benfika”nın bir sıra futbolçularında, həmçinin baş məşqçi Joze Mourinyonun rəhbərlik etdiyi məşqçilər heyətinin üzvlərində virus infeksiyası əlamətləri müşahidə olunub.
QOL.az xəbər verir ki, bu haqda “A Bola” məlumat yayıb.
Mənbənin xəbərinə görə, əsas simptomlar baş və əzələ ağrılarıdır. Bu vəziyyət, bazar günü “Dragu” stadionunda “Portu” ilə keçiriləcək Portuqaliya çempionatının 8-ci turunun “Klassiko” qarşılaşması ərəfəsində klub rəhbərliyində ciddi narahatlıq yaradıb.
Çempionlar Liqasının Londonda “Çelsi”yə qarşı matçından əvvəl Mourinyo artıq temperaturunun olduğunu etiraf etmişdi. Həmin vaxt söhbət qripdən gedirdi və vəziyyət təhlükəli hesab olunmurdu. İndi isə “Benfika”nın tibbi heyəti oyunçuların və məşqçilərin vəziyyətini diqqətlə izləyir, baxmayaraq ki, narahatlıq qalmaqdadır.
Qeyd edək ki, "Benfika" UEFA Çempionlar Liqasına uğursuz start verib. Komanda əvvəl evdə "Qarabağ"a (2:3), sonra səfərdə "Çelsi"yə uduzub (0:1). Daxili liqada isə onlar 7 oyundan 17 xalla 3-cüdür və lider "Portu"dan 4 xal geri qalır.
"Araz-Naxçıvan"a qayıtdı
Enrike Fergüsona çatdı
Azərbaycan millisi Qazaxıstana uduzdu
Enrike, Qvardiola, Arteta...
ÇL-də məğlubiyyətdən sonra baş məşqçini göndərdilər
KL-də 3 komanda mərhələ adladı
Oyundan bir gün əvvəl “Qarabağ”a möhtəşəm dəstək - Video
Vlahoviç rəsmən "Beşiktaş"da
İngilis hakimlərdən Tofiq Bəhramovun xatirəsinə ehtiram
"Qarabağ"ın oyun öncəsi məşqindən - Şəkillər
Lukaku "Fənərbaxça"da - Rəsmi
"Sabah" insidentlə bağlı bəyanat yaydı
AFFA “Clear Line” layihəsinə qoşuldu
“İmişli” millinin oyunçusunu transfer etdi
"Əsas məqsədimiz qələbədir" - "Dinamo"nun futbolçusu
Braziliya klubunun avtobusunda 86,5 kq marixuana aşkarlandı
"Şəfa" braziliyalı hücumçu transfer etdi
"Real"ın çəhrayı formaları - Şəkillər
“Roma” Argentina millisinin üzvünü transfer etdi
Rulli “Mançester Siti”yə qayıtdı
"Yavaş-yavaş səbrim tükənir" - Qurban Qurbanov
“Sabah”ın pley-off oyunu “Tofiq Bəhramov”da
"Çelsi"də yeni müdafiəçi - Rəsmi
“Arzularımızın çoxu puç oldu”
"Şəfa"dan daha 4 transfer
"Oyunumuz çox bərbad idi" - "Orhus"un futbolçusu
Luis Enrike: "İndi hamı bizi favorit hesab edir"