"İmişli"nin baş məşqçisi Jorj Kaşkilya “Zirə” ilə bugünkü matçdan sonra mətbuat konfransl keçirib.
QOL.az xəbər verir ki, o, 1:1 hesabı ilə başa çatan oyunla bağlı jurnalistlərin suallarını cavablandırıb:
- Oyun gözlədiyimiz kimi çox çətin keçdi. Meydanın bu vəziyyətdə olması çətinliyi daha da artırmışdı. “Zirə” çempionatın ən güclülərindən biri, çempionluğa oynayan komandadır. Buna baxmayaraq, uşaqlar özlərini itirmədilər, layiqli mübarizə apara bildilər. Birinci hissədə vurulan qol bizim üçün vacib idi. Buna görə ikinci hissəyə daha rahat başladıq. “Zirə”nin yüksək keyfiyyətli oyunçularının olduğunu bilirdik. Xüsusən də yarımmüdafiə və hücum xəttində. İkinci hissədə onların təhlükəli hücumlarının qarşısını almağa hazır idik. Meydanın mərkəzindən hücum qura bilmirdilər. Ona görə də daha çox cinahlardan cərimə meydançamıza uzun ötürmələr verirdilər. Bu hücumların nəticəsində 1 qol buraxdıq. Belə komanda ilə oyunda heç-heçə bizim üçün müsbət nəticədir.
- "Turan Tovuz"la oyunda son dəqiqələrdə qol buraxdız, bu gün "Zirə" ilə heç-heçə etdiniz. Sizcə, "Qarabağ"ı məğlub etmək mümkündür?
- Əlbəttə ki, mümkündür. Top yumrudur. Bu, futboldur. Kiminsə bəxti daha çox gətirə bilər. Əgər "Qarabağ"ın pis günü, bizim isə yaxşı günümüzdürsə, mümkündür. Əksi də ola bilər. Nəzərə almaq lazımdır ki, "Qarabağ" çempionatın ən güclü komandasıdır.
- Qol buraxdığınız epizodu necə şərh edərdiniz?
- Meydançanın vəziyyətinə və yağış yağdığına görə ola bilər. Elə epizodlarda top oyunçulara dəyib kənara düşə bilər. Bizim vurduğumuz qolda da meydança amilinin təsiri var idi.
- Qapıçı Andrey Sinenka inamlı çıxış edir. Bu gün ilk qolu buraxdı. Qışda onu itirəcəyinizdən qorxmursunuz?
- Əlbəttə ki, hər şey mümkündür. Amma çalışacağıq ki, onu saxlayaq. Fantastik qapıçıdır. Məşqlərdə özünü yaxşı göstərir, komandada onun öz yeri var. Gördüyünüz kimi oyunlarda da inamlıdır. Əgər ona təkliflər olsa, biz işimizi davam etdirəcəyik. Bizim başqa oyunçularımız da var.
- Demək olar ki, Azərbaycan Premyer Liqasında uğur qazanmağın sirri fiziki hazırlığın yaxşı olmasıdır?
- Fiziki, fərdi və taktiki keyfiyyətlər vacibdir. Komandada taktiki intizamın olması vacibdir. Əlbəttə ki, "İmişli" fiziki cəhətdən güclü olduğunu göstərir. Məşqlərimiz çox sərt keçir. Amma çox qaçmaq futbol deyil. Əsas odur ki, komanda taktiki cəhətdən intizamlı oynasın.
- Hakim idarəçiliyi ilə bağlı fikirləriniz necədir?
- Yenə də VAR-ın işindən narazıyam. Rəqibin oyunçusu bizim futbolçuya qarşı sərt oynamışdı. Buna baxmayaraq, VAR müdaxilə etmədi. Bu oyundan üç xalla ayrılmaq istəyirdik. Amma “Zirə” kimi komanda ilə matçda bir xal da bizim üçün pozitiv nəticədir (sportal.az).
1-ci liqada 3 oyun
“Trabzonspor”u çalışdıra bilər
Premyer Liqa tarixinə düşdülər
Alvaresin qol həsrəti davam edir
Azərbaycan boksçularının ilk rəqibləri bəlli oldu
"Karvan-Yevlax"ın qələbəsindən - Video
Ronaldo “Əl-Nəsr”dən gedə bilər
“Qəbələ”dən 1-ci liqa klubuna keçdi
Yamal Flikə müraciət etdi
Bəhlul Mustafazadə yenidən əməliyyat olundu
“Karvan-Yevlax” liderliyə yüksəldi
“İstəyirəm daha çox kubok qaldırım” - Emin Mahmudov
"Sumqayıt"ın əsas kapitanı seçildi
“Kəpəz” bəyanat yaydı
"Tottenhem"in sabiq futbolçusu "Ayaks"da
1-ci liqada həftənin hakimləri məlum oldu
Konte "Mançester Yunayted"in baş məşqçisi ola bilər
Mourinyodan “Real”da ən yaxşı start
“O, “Qarabağ”da yaxşı oynayır” - Marko Rossi
Nəhənglər 18 yaşlı futbolçuya göz dikdi
"İnter Mayami"də yeni baş məşqçi - Rəsmi
"Bolonya" da Tedeskonu göndərdi
Avroliqanın oyunları bu kanalda
“Qəbələ” yeni baş məşqçisini açıqladı
Həyat yoldaşı vəfat etdi
“Barselona” danışıqlara başladı
"Qarabağ"a gəlmək böyük dəyişiklik idi” - Varkonyi