"Sabah"ın baş məşqçisi Valdas Dambrauskas UEFA Konfrans Liqasında 3-cü təsnifat mərhələsində Bolqarıstanın "Levski" klubuna 0:2 hesabı ilə məğlub olduqları oyunu şərh edib.
QOL.az xəbər verir ki, o, matçdan öncə keçirilən mətbuat konfransında deyib:
- Əvvəlcə "Levski"ni növbəti mərhələ münasibətilə təbrik edirəm. Hazırda çox şey deyə bilmirəm. İki oyunda qollar vura bilmirsənsə, rəqib növbəti mərhələyə keçməyə daha layiqdir. Bu gün azarkeşlərimizə böyük təşəkkür edirəm. Çox gözəl atmosfer yaratmışdılar. Taktiki cəhətdən bu oyun barəsində nələrsə demək çox çətindir. Biz çox məyus olmuşuq. Amma bu məyusluğu, pis hissləri unutmalıyıq. Sabahdan etibarən çempionat haqda fikirləşməliyik. Biz çox şeyləri artırmalıyıq. Çalışmalıyıq ki, yenidən öz xəyalımız olan avrokuboklara qatılaq.
- Heyət barədə fərq olmasa da, bu gün Sofiya ilə müqayisədə daha qorxaq "Sabah" gördük. Səbəb nə idi?
- Bilmirəm, siz nəyə görə bunu qorxaqlıq adlandırırsınız? Oyunçularımıza hörmətsizlik kimi qəbul edirəm. Sofiyada intizamlı oynadıq. Heç-heçəyə yaxşı nəticə deyə bilməzdim. Son saniyə heç-heçədən bizi ayırdı. İnkişaf etməyimiz üçün çox şey var. Bugünkü oyunun birinci hissəsini təhlil etsəniz, görünür, xətlər arası oyunçularımız necə açılırdı. Bu gün fərq var idi. Rəqib risk etmirdi, biz daha çox risk etməliydik. Birinci hissədə bir səhvimiz oldu, o da qolla nəticələndi. Bundan sonra risklər etdik. Üçüncü zonaya gələrkən, daha dəqiq paslar çatışmırdı bizdə. Boşluqlara çatmağa çətinlik çəkirdik.
- Sizcə, "Sabah"ın bugünkü oyunu stadiona gələn azarkeşlərə hörmətsizlik deyildi?
- Bu insanları nəzarət etmək əlimizdə deyil. Futbolda hər şey nəticədən asılıdır. Yaxşı nəticə olsaydı, bizə təşəkkür edəcəkdilər, stadionu tərk etməyəcəkdilər. Amma onlarla səbirli olmağa çalışıram. Üzgünük ki, onları üzdük. Ən azından hesabı bərabərləşdirib, intriqanı artıra bilərdik. Azarkeş mədəniyyətini bir gündə yaratmaq mümkün deyil.
- Etiraf edirsiniz ki, Pavol Şafranko və Cessi Sekidikanın meydanı tərk etməsindən sonra hücumda effektivlik azaldı? Uğursuz əvəzetmə olduğunu demək olar?
- Yanlış xatırlamıram ki, bu dəyişikliyi 70-ci dəqiqədən sonra etdik. Əlbəttə ki, hər dəyişikliyin arxasında xoş niyyət var. Bilirik ki, daxil olan oyunçu daha fərahdır, daha güclü olur. İstəyirik ki, oyuna qatqı versin. Qol vursaydılar, deyəcəkdiniz, siz necə oxudunuz oyunu? Əfsuslar olsun ki, bu gün bu işləmədi. Hər dəyişikliyin arxasında yaxşı niyyət var. Kahim Parris də meydana daxil oldu. Cessenin yerinə Anatoli Nuriyev daxil oldu. Xəyal da həmçinin. Daha çox kreativlik istəyirdik. Mərkəz müdafiəçisi də meydana daxil oldu ki, standart vəziyyətlərdən nəsə edək.
- Sizcə, "Sabah" vaxtında lazımi sayda keyfiyyətli oyunçular transfer etmədiyi üçün hər iki oyunda uduzdu?
- Birinci hissədə rəqibin cəmi 1 zərbəsi oldu. İkinci hissədə bizə qol lazım idi. Rəqib çox arxaya çəkildi, bağlandılar və bizə boşluqlar vermədilər. Oyuna nəzarət edən tərəf biz idik. "Levski" əks-hücumlarda heç nə edə bilmirdi. Sadəcə bir fürsətləri oldu, ondan da yararlandılar. Bizim də onlara oxşar şanslarımız var idi. Biz yararlana bilmirdik. "Levski"yə qarşı oynayırdıq, Bolqarıstanda 2-ci idilər. Transfer dəyərləri bizdən artıqdır. Sofiyada da ən yaxşısını etməyə çalışdıq. Sadəcə 10 saniyə bizi yaxşı nəticədən uzaqlaşdırdı. İkinci oyuna da təsiri oldu. Bizim oyunçularımız hər şeyi etdilər. Amma bunun həll yolu o demək deyil ki, oyunçuları göndərək, yenilərini gətirək. Mən elə məşqçi deyiləm. Bu, həll yolu deyil. Biz daha çox işləyib, daha ağıllı həll yolu tapmalıyıq ki, yeni mövsüm avrokuboklarda daha uğurlu çıxış edək.
- Liqada hədəf nədir?
- Çox yaxşı sualdır. Bizim məqsədimiz maksimum əlimizdən gələni etməkdir ki, çempionatda hər matçdan qalib ayrılaq. (sportal.az)
Həm zədələndi, həm rekorda imza atdı
Rüfət oynadı, komandası qalib gəldi
"Qalatasaray" 7 qollu matçda qələbə qazandı
"Zirə"nin qələbəsindən - Video
Acun Ilıcalının klubu yenə məğlub oldu
“Vəziyyəti dəyişmək üçün vaxtımız var” - Yeton Bekiri
Vinisiusun “Real”də oyun vaxtı azalıb
"Şəfa" - "Araz-Naxçıvan" matçında vurulan 4 qol - Video
“Zirə”dən qələbə, “Şəfa” - “Araz-Naxçıvan” matçında heç-heçə
“Son iki oyunda 4 xalımız əlimizdən alınıb” - Zaur Həşimov
Maksimov “Şəfa” ilə heç-heçəni dəyərləndirdi
“Tottenhem” son dəqiqələrdə məğlub oldu
Osimhen əməliyyat olundu
“Zirə” - “Qəbələ”: Heyətlər
Ozan Canın komandasından inamlı qələbə
“Yamal 7 "Qızıl top" qazansa, təəccüblənmərəm”
Tanınmış idmançılardan Zəfər bayramı təbriki - Video
“Şəfa” – “Araz-Naxçıvan” oyunu niyə gecikir?
“Kəpəz” yoxlama oyunu keçirəcək
"Şəfa" - "Araz-Naxçıvan": Heyətlər
Azərbaycan U-21 millisinin heyəti açıqlandı
PSJ-dən Dembele qərarı
Emin Mahmudovdan milliyə vida, “Neftçi”yə mesaj
İngiltərə millisinin sabiq futbolçusu karyerasını bitirdi
A Seriyasının ayın ən yaxşı məşqçisi seçildi
Prezident Xankəndi Stadionunun açılışında - Şəkillər
Musa Qurbanlı: “Çempionluq hədəfimizdən əl çəkməyəcəyik”
İnfantino planlarından imtina etdi
Türkiyə klubunda yeni baş məşqçi
Neymarın atası “Santos”un baş direktoru oldu
“Hamburq” “Borussiya”nı məğlub etdi
Superliqada 11-ci tura start verildi
Cəlal oynadı, komandası qalib gəldi
"Emin Mahmudov "Neftçi"nin məşqçisi ola bilər"
Liderin qalibiyyətindən - Video
Vernidub qələbələrin sirrini açıqladı
"Qarabağ"la oyunu potensial 3 xal fürsəti kimi görürəm"
Toral Bayramov öz qapısına elə bir qol vurdu ki… - Video
"Turan Tovuz" "Qarabağ"ı belə məğlub etdi - Video
"Vəziyyəti düzəltməyə çalışacağıq" - Qurban Qurbanov
Kurban Berdıyev "Qarabağ" üzərində qələbəni şərh etdi