"Araz-Naxçıvan"ın yarımmüdafiəçisi Qara Qarayev UEFA Konfrans Liqası 3-cü təsnifat mərhələsində "Omoniya"ya (Kipr) qarşı keçiriləcək matç haqda danışıb.
QOL.az xəbər verir ki, o, oyundan öncə keçirilən mətbuat konfransında deyib:
"Yaxşı formadayıq. Ötən oyundakı qalibiyyət bizə daha yaxşı əhval-ruhiyyə verib. Sabahkı matça tam heyətlə hazırıq. Yaxşı rəqiblə oynayacağıq. "Omoniya" son vaxtlarda oynadığımız ən ciddi və təhlükəli rəqibdir. Onların müəyyən oyunları haqda təhlillər etmişik. Dinamik və sürətli oynayan komandadır. Bütün fikrimiz sabahkı qarşılaşmaya yönəlib. Əlimizdən gələni edəcəyik ki, ev amilindən yararlanaq və qalib gələk. Hər kəsi oyuna dəvət edirəm. Bizə daha da vacib olan azarkeş dəstəyidir. 12-ci oyunçu ilə sabah inamlı nəticə əldə edə bilərik".
Futbolçu bildirib ki, "Qarabağ"ın heyətində "Omoniya"ya qarşı oynayandan bəri rəqibdə ciddi fərq var: "Yeni baş məşqçi "Omoniya"ya yeni fəlsəfə gətirib. Əsas komandaya akademiyadan oyunçular cəlb edib. "Qarabağ"la oynadığımız "Omoniya" ilə hazırkı komanda arasında əsas fərq odur ki, indi hücum xətti daha aktivdir və oyunçular bir-birini daha yaxşı başa düşür. Hücum xətti və fəlsəfə tamam başqadır".
Q.Qarayev qeyd edib ki, bütün rəqiblərə hörmətlə yanaşırlar: "Klub olaraq hədəfimiz var. Bu hədəfə çatmaq üçün əlimizdən gələni edəcəyik. Nə qədər alınıb-alınmayacağı oyun vaxtı görünəcək. Biz hər şeyi edəcəyik. Fərq klublarda, adlarda deyil. Hədəfimizə çatmaq üçün hər şeyi edəcəyik".
O, "Qarabağ"ın avrokuboklarda mərhələ keçdiyi ilk illəri və "Araz-Naxçıvan"ın indiki uğurlarını müqayisə edib: "Komanda yoldaşlarımla danışanda 2008-2009-cu illəri xatırlayıram. 2014-cü ilə qədər bir mərhələ, növbəti il iki mərhələ keçmişik. Böyümək üçün zaman lazımdır. "Araz-Naxçıvan" olaraq Liqa mərhələsini istəsək, bunun üçün böyük təcrübə və zaman lazımdır. Bənzərlik var. "Qarabağ"ın ilk illərdə atdığı addımları biz də atmışıq. Növbəti illərdə də daha yaxşı, daha inamlı addımlar ataraq Liqa mərhələsində oynamaq fürsəti əldə edərik".
Qeyd edək ki, "Araz-Naxçıvan" - "Omoniya" matçı sabah saat 20:00-da "Liv Bona Dea Arena"da keçiriləcək.
UEFA-dan azarkeşlər üçün yeni mövqe
Muradın komandası Superkubokun qalibi oldu
Millinin oyunçusu 31 yaşında karyerasını bitirdi
Mahir dayanmır. Yenə qol vurdu! - Video
Argentina Messiyə belə vida edəcək
“Qalatasaray” Çempionlar Liqası üçün heyətini açıqladı
"Arsenal"dan ərəb klubuna keçdi
"Zirə" bu dəfə braziliyalı futbolçu ilə gücləndi
ÇL matçlarını göl mənzərəli stadionda keçirəcəklər
"Mourinyo “Real”ı çox yaxşı tanıyır"
"Karvan-Yevlax"ın böyükhesablı qələbəsindən - Video
Oyun şansı qazanmasa, klubdan gedəcək
"Karvan-Yevlax" və “Şahdağ Qusar” mövsümə qələbə ilə başladı
“Fənərbaxça” UEFA-nın hədəfində - Araşdırma aparılır
"Zirə" yeni futbolçu transfer etdi
Azərbaycan millisinin oyunlarının tarixləri məlum oldu - AÇ
Kadinin cəzası açıqlandı
AFFA bu klubları cərimələdi
Keyruş yenidən Qana millisində
Ançelotti "Real"ı ziyarət etdi - Şəkillər
Robinyonun oğlu İtaliya klubunda
"Tottenhem"dən "Sanderlend"ə
"Bizə ÇL-də oynamaq hüququnu Azərbaycan çempionatı verir"
PFL Yohan Kroyff İnstitutu ilə əməkdaşlığa başladı
"Bizi “Moneyball” fəlsəfəsi ruhlandırdı" - Maqsud Adıgözəlov
"UEFA turnirinin "Qarabağ"ın çempionluğunda böyük rolu oldu"
"Trabzonspor" tarixinin ən bahalı transferini etdi
Dzeko millidə son oyununa çıxacaq
"Mançester Siti"dən "Benfika"ya keçdi
Misli Premyer Liqasında 4-cü turun hakimləri müəyyənləşdi
"Sabah"ın rəqibindən 3 transfer
Stefan El-Şaaravinin yeni klubu açıqlandı
Fabreqas A Seriyasının ən yaxşı məşqçisi seçildi
"Sabah" futbolçusunu icarəyə göndərdi
Daha bir klub ev oyunlarını Şamaxıda keçirəcək
Obameyanq Qabon millisindən getdi
"Napoli" kapitanla müqaviləni uzatdı
“Sabahın Ulduzları”: 8-ci tur başladı
"Səbail"dən adının dəyişdirilməsi ilə bağlı - Açıqlama
Türkiyə klubuna keçsə, üçqat maaş alacaq
Messinin "10" nörmrəsi üçün namizəd odur
Azərbaycan millisinin matçının yeri dəyişdirildi
Yığmamız Qırğızıstana uduzdu
Çempionlar Liqasında debütant futbolçularla bağlı yeni qayda
Ozan Can oynadı, komandası uduzdu
Elvin Cəfərquliyev əməliyyat olundu