"Azarkeşlərimiz ev oyunlarında hər zaman bizə yüksək səviyyədə dəstək verirlər".
QOL.az xəbər verir ki, bu sözləri “Levski”nin (Bolqarıstan) qapıçısı Svetoslav Vutsov UEFA Konfrans Liqasının 3-cü təsnifat mərhələsində "Sabah"a qarşı keçirəcəkləri ilk oyundan öncə təşkil olunan mətbuat konfransında deyib.
Bolqarıstan millisinin qapıçısı sabahkı matçda uğurlu nəticə qazanmaq üçün əllərindən gələni edəcəklərini bildirib: "Ümid edirəm ki, komanda yaxşı oyununu davam etdirəcək və azarkeşləri qələbə ilə sevindirəcək. Bu dövrdə ən böyük köməkçim mənə güvənən məşqçilər oldu. Sonra məni dəstəkləyən və kömək edən komanda yoldaşlarım. Çünki futbol kollektiv idman növüdür. Meydanda uğurlu nəticə üçün hər şeyi edəcəyəm”.
Qeyd edək ki, "Levski" - "Sabah" görüşü sabah Bakı vaxtı ilə saat 22:00-da keçiriləcək.
“Sabah”dan “qızıl dubl”
"Napoli"dən gedir
UEFA 2 klubu sərt cəzalandırdı
"Real"dakı davanı mediaya sızdıran şəxs müəyyən olunub
"Mən yaxşıyam.." - Elvin Cəfərquliyev
"İstefaya getmək niyyətində deyiləm"
"Arsenal"ın futbolçusu sıradan çıxdı
Rəhim Həsənov hakimlərin qərarlarını təsdiqlədi - Video
Dik Advokat Kurasao millsinə qayıtdı
"Marsel"dən ərəb klubuna keçir
2-ci liqada 6 oyunun saatı məlum oldu
2-ci liqada 26-cı tura yekun vuruldu
"Bizim itirəcəyimiz şeylər daha çoxdur" - Rəşad Sadıqov
"Zirə" final matçına itki ilə çıxacaq