UEFA Konfrans Liqasının 2-ci təsnifat mərhələsinin iyulun 31-də keçiriləcək "Hayduk" - "Zirə" matçı Xorvatiya idman mediasının gündəmindəki mövzulardandır.
QOL.az xəbər ki, oyun öncəsi bu ölkənin bir necə saytı oyuna yazılar həsr edib.
net.hr saytı "Zirə"nin iki aparıcı futbolçusu Brahim Konate və Ange Mutsinzinin cavab görüşündə iştirak etməyəcəyini yazaraq “Hayduk” üçün hər şeyin yoluna düşdüyünü qeyd edir. Ümumiyyətlə, bu media qurumunun yazısında "Hayduk"un qələbəsinə arxayınlıq hiss olunur.
Yazıda bildirilir: “Hayduk” cümə axşamı saat 21:00-da (Bakı vaxtı ilə 23:00-da) “Polyud” stadionunda Konfrans Liqasının ikinci təsnifat mərhələsinin cavab oyununu keçirəcək. "Haydul" ilk oyundan 1:1 hesabı ilə dönür və Azərbaycanın “Zirə” komandası Splitə xeyli zəifləyərək gəlir.
Artıq məlum idi ki, “Hayduk” müdafiəsinə birinci oyunda ciddi problem yaradan Brahim Konate zədə səbəbindən cavab matçında iştirak edə bilməyəcək. İndi isə məlum olub ki, qonaqların əsas müdafiəçisi Ange Mutsinzi də matçı buraxacaq.

"Hayduk" - "Zirə" oyununda 35 minlik "Polyud" stadionunun dolacağı gözlənilir
Ruanda millisinin üzvü olan, “Zirə”nin start heyətində daimi yer alan Mutsinzi Splitə gələn siyahıya salınmayıb. Çünki Avropa İttifaqına giriş üçün vizasını ala bilməyib.
Əgər “Zirə”ni keçməyi bacarsa, “Hayduk” üçüncü təsnifat mərhələsində Andorranın “Atletik Eskaldes” və Tirananın “Dinamo Siti” komandaları arasındakı oyunun qalibi ilə qarşılaşacaq. İlk oyunda Albaniya təmsilçisi səfərdə geri dönüşlə 2:1 qalib gəlib və növbəti mərhələ üçün əsas favorit hesab olunur. “Hayduk”un püşkatmada bəxti gətirib".
Jutarnji.hr saytı isə cavab matçına ehtiyatla yanaşır və bu səbəbdən Splittəki görüşü "böyük döyüş" kimi qələmə verir.

"Polyud"da böyük döyüş olacaq" başlıqlı yazısında “Zirə”nin baş məşqçisi Rəşad Sadıqovun fikirlərinə geniş yer ayırıb. Yazıda bildirilir ki, "Polyud" stadionunda hazırlıqlar tam sürətlə davam edir. “Hayduk”un yeni baş məşqçisi Qonsalo Qarsiyanın rəhbərliyi altında Konfrans Liqasının seçmə mərhələsindəki həlledici qarşılaşmaya hazırlıq gedir. Rəqib “Zirə”dir. Bakıda ilk oyun 1:1 hesabı ilə başa çatıb. Beləliklə, Splitdə hesab bərabərdir – qələbə avrokuboklarda yola davam etmək, məğlubiyyət isə yenidən erkən mərhələlərdə Avropaya əlvida deməkdir.
Bu qarşılaşma ilə bağlı açıqlama “Zirə”nin baş məşqçisi Rəşad Sadıqov tərəfindən verilib. Onun komandası keçən il "Osiyek"i mübarizədən kənarlaşdırdıqdan sonra bu dəfə də başqa bir xorvat təmsilçisini məğlub etməyə çalışacaq.
“Hər komandanın öz güclü və zəif tərəfləri var – həm bizim, həm də onların. Maraqlı məqamlardan biri budur ki, “Hayduk”un baş məşqçisi oyunun fəlsəfəsini tamamilə dəyişib. Oyunçular indi daha intizamlı və hazırlıqlı görünür, bu, artıq ilk oyunda hiss olunurdu. Hər iki komanda növbəti mərhələyə keçmək istəyir və məncə, Splitdə bizi maraqlı bir oyun gözləyir”.
"Zirə"nin hücumçusu Davit Volkovdan gözlənti qol vurmaqdır...
Sadıqov komandasına tam inamla yanaşır. O hesab edir ki, “Zirə” birinci oyunda “Hayduk”a qarşı layiqli rəqib olub və Qarsiyanın komandası daha güclü tərəf kimi görünməyib.
“Uğurlu keçən mövsümümüz futbolçuların özünəinamını daha da artırdı. Bunu Bakıda ilk hissədə gördük. Demək olar ki, bütün meydan boyunca rəqibə nəfəs almağa imkan vermədik. Mən deməzdim ki, “Hayduk” daha yaxşı oynadı. Sadəcə hər iki tərəfdə təzyiq azalmışdı. Son 10-15 dəqiqədə daha çox təhlükə yaradan biz idik. İki bərabər gücdə komanda bir-biri ilə mübarizə aparır.”
Sadıqov eyni zamanda etiraf edir ki, bu, hələ mövsümün çox erkən mərhələsidir və komandaların fiziki hazırlığı tam formaya çatmayıb".
Rafael Fiziyevdən möhtəşəm qələbə - UFC Fight Night turniri
"Arsenal" onu hədəfə aldı
“Şamaxı”nın rəqibi bilindi
"Avrokuboklar üçün hər şey edəcəyik" - "Qarabağ"ın oyunçusu
Türkiyə futbol rəhbərliyində Mesut Özil dövrü başlayır?
Kanadanın pley-offda işləri çətinləşir
O da mundialda fərqlənməyi bacardı
"Qarabağ"dan böyükhesablı qələbə - Yeni transferdən het-trik
"Zirə" Özbəkistan klubuna məğlub oldu
“Neftçi” yeni formasını təqdim etdi - Şəkillər
Çempionlar Liqası oyunlarını ölkədən kənara köçürürlər
Musleradan gözlənilməz antirekord
“Şəfa”da baş məşqçinin köməkçiləri müəyyənləşdi
Zədəsi transferinə mane ola bilər
68 ildən sonra ən məhsuldar mundial
Tahir Abdullayev UFC-də ilk qələbəsini qazandı
“Səbail”dən yeni transfer
"Ev sahibi bizə qarşı qərəzli davranır"
Hidayət Heydərov bürünc, Zelim Tçkayev qızıl medal qazandı
PSJ-nin yeni formaları - Şəkillər
Dünən “Qarabağ”da, bu gün “Polesye”də - Şəkillər
Millinin futbolçusunu ağır cəza gözləyir
DÇ-2026 matçından sonra atışma: Dörd nəfər yaralandı
Byelsa jurnalistin üstünə qışqırdı - Video
Het-trik etdiyi oyunun topunu özü ilə apardı - Şəkil
Leandro Andrade “Qarabağ”dan ayrıldı - Bu kluba keçdi
Muslera üzr istədi
Portuqaliya millisindən duyğusal jest - Video
İngiltərə millisində itki: Ən az iki oyunu buraxacaq
DÇ-2026: Bombardirlik yarışında vəziyyət gərginləşir
Misir - İran oyununun ən yaxşısı seçildi
Dembelenin het-triki - Video
Mundialın 1/16 finalının müəyyənləşən - 9 cütlüyü
Bugünkü oyunların nəticələri - DÇ-2026
Byelsa: “Uruqvay futboluna heç nə qoyub getmədim”
Het-trik etdi, oyunun ən yaxşısı seçildi
DÇ-2026-da 1/16 finalın 5 cütü məlumdur
Fransadan ardıcıl üçüncü qələbə, Seneqaldan darmadağın
Dembeledən son 72 ilin ən sürətli het-triki
"Real"da ayrılıq - Rəsmi
"Neftçi" slovakiyalı hücumçu transfer etdi
Azərbaycanın iki şahmatçısı dünya çempionu oldu