Muradın komandası Superkubokun qalibi oldu

Muradın komandası Superkubokun qalibi oldu
DÜNYA FUTBOLU 3 Sentyabr 2026 / 22:34 743
-  A +

Bu gün Kipr Superkubokunun final oyunu keçirilib.

QOL.az xəbər verir ki, azərbaycanlı futbolçu Murad Məmmədovun da formasını geyindiyi "Pafos" klubu həlledici qarşılaşmada "Omoniya" ilə üz-üzə gəlib. Matç "Pafos"un 1:0 hesablı qələbəsi ilə yekunlaşıb.

Görüşdə yeganə qolu 74-cü dəqiqədə "Pafos"un futbolçusu Lele vurub.

Qeyd edək ki, Murad bu matçın iştirak ərizəsində yer almayıb.


Qarabağ FK
Son xəbərlər
topaz banner