Azərbaycan Peşəkar Futbol Liqası ilə dünyanın aparıcı idman təhsili qurumlarından biri olan ohan Kroyff İnstitutu (“Johan Cruyff Institute”) arasında əməkdaşlığa başlanılıb.
QOL.az xəbər verir ki, bu haqda PFL-in saytı məlumat yayıb.
Bildirilib ki, burada əsas məqsəd PFL əməkdaşlarının beynəlxalq səviyyəli təhsil imkanlarından yararlanmasına şərait yaratmaq, onların bilik və bacarıqlarının inkişafına töhfə verməkdir. Tərəfdaşlıq çərçivəsində iştirakçılar institutun müxtəlif təhsil proqramlarından güzəştli şərtlərlə istifadə edə biləcəklər. Eyni zamanda, əməkdaşlıq təcrübə proqramlarını, tərəflər arasında bilik və təcrübə mübadiləsinin gücləndirilməsini nəzərdə tutur.
Qeyd olunub ki, ölkə futbolunda kadr potensialının inkişafına töhfə vermək istiqamətində mühüm əhəmiyyət daşıyan proqram idman idarəçiliyi, futbol biznesi, marketinq və liderlik istiqamətlərində xüsusi təhsil imkanlarına da şərait yaradacaq.
Əməkdaşlıqla bağlı fikirlərini bölüşən PFL prezidenti Elxan Səmədov proqramın əhəmiyyətini qeyd edib: "Peşəkar Futbol Liqası üçün beynəlxalq əməkdaşlıq futbolun inkişafına töhfə vermək istiqamətində səylərin mühüm hissəsidir və “Johan Cruyff Institute” ilə tərəfdaşlıq əməkdaşların peşəkar inkişafı baxımından mühüm imkanlar yaradır."
Qeyd edək ki, 1999-cu ildən fəaliyyət göstərən “Johan Cruyff Institute” idmanı əhatə edən müxtəlif sahələrdə ixtisaslaşıb, 90-dan çox proqram təqdim edir və geniş beynəlxalq şəbəkəyə malikdir.
Səfərdə 700-cü qol
Şirvanda futbol günü
Zamiq Əliyevin klubundan inamlı qələbə
“Real” Joze Mourinyoya əvəzləyici axtarır
Anatoli Nuriyevin komandası xal itirdi
Çempionlar Liqası matçını buraxacaqlar
"Yüksək yerlər uğrunda oynasaq..." - Azər Məmmədov
"Kəpəz" - "Zirə" matçından - Video
“Belə atmosferdə oynamaq çətindir” - Rəşad Sadıqov
“Kəpəz” - “Zirə” matçında heç-heçə, "İmişli"dən qələbə
“Barselona”nın hazırlıq planı pozuldu
“Borussiya”nın futbolçusu sıradan çıxdı
"İmişli" "Turan Tovuz"u belə məğlub etdi - Video
AFFA Region Liqasının püşkü atıldı
2-ci liqada 8-ci tura start verildi
“Rəhbərliklə bunu müzakirə etməmişəm” - "İmişli"nin məşqçisi
“Hər dəfə qol vurmaq mümkün olmur” - Kurban Berdıyev
“Kəpəz” - “Zirə” matçının heyətləri açıqlandı
“Napoli”də 20 ilin antirekordu
Azərbaycan karateçilərindən dünya çempionatında 5 medal
Misli Premyer Liqasında 12 oyunun saatı açıqlandı
Messi həmin Messidir - Video
"İmişli" - "Turan Tovuz": Heyətlər
“Barselona”ya fırtına əngəli
“Qarabağ” çempion olmaq istəyir” - Savo
"Sabah" - "Borussiya" matçının hakimləri açıqlandı
Emilianonun çənəsi qırılıb - Şəkil
"Fənərbaxça"nın böyükhesablı qələbəsi - Video
"Barselona" və "Atletiko" qalib gəldi
"Fənərbaxça"dan böyükhesablı qələbə
Renat Dadaşovun komandası böyük hesabla məğlub oldu
Derbidə vurulan 6 qol - Video
Cəlal Hüseynovun "Petrolul"u xal itirdi
Haaland Premyer Liqada daha bir rekordu yenilədi
"Qarabağ" - "Neftçi" matçında heç-heçə, "Sabah"dan qələbə
“Qarabağ” və “Neftçi”yə xüsusi hədiyyə təqdim olundu