"Qarabağ"ın cavab oyununun hakimləri bilindi

"Qarabağ"ın cavab oyununun hakimləri bilindi
AVROKUBOKLAR 21 İyul 2025 / 15:53 1897
-  A +

“Qarabağ”ın UEFA Çempionlar Liqasının II təsnifat mərhələsində İrlandiyanın “Şelburn” klubu ilə keçirəcəyi cavab oyununun hakimləri açıqlanıb. 

QOL.az xəbər verir ki, UEFA iyulun 30-da Bakıda təşkil olunacaq görüşü İtaliyadan olan hakimlər briqadasına həvalə edib:

30 iyul
 
20:00. “Qarabağ” (Azərbaycan) - “Şelburn” (İrlandiya)

Tofiq Bəhramov adına Respublika stadionu.

Baş hakim: Andrea Kolombo

Baş hakimin köməkçiləri: Stefano Alassio, Dario Cekkoni

Dördüncü hakim: Kevin Bonakina

VAR: Daniele Doveri

AVAR: Daniele Paterna
(Hakimlər briqadası İtaliyadandır)

Daha çox


Son xəbərlər