Azərbaycan UEFA reytinqində xal ehtiyatını bu həftə bir qədər də artırıb.
QOL.az xəbər verir ki, bu, “Qarabağ”, “Sabah” və “Araz Naxçıvan”ın avrokuboklardakı uğurlu çıxışları sayəsində mümkün olub.
Avrokubokların 2-ci təsnifat mərhələlərinin cavab matçlarında “Qarabağ” (Çempionlar Liqası) “Şelburn”a (İrlandiya), “Sabah” (Konfrans Liqası) “Petrokub”a (Moldova) qalib gəlib, “Araz Naxçıvan” (Konfrans Liqası) “Aris”lə (Yunanıstan) heç-heçə edib.
Konfrans Liqasında digər təmsilçimiz “Zirə” isə səfərdə “Hayduk”a uduzub.
Beləliklə, bu həftə üç Azərbaycan klubu ümumilikdə 2,5 xal qazanıb (təsnifat mərhələsində hər qələbəyə 1, heç-heçəyə 0,5 xal verilir). Qaydalara görə toplanan ümumi xallar hər iştirakçı ölkənin öz komandaları arasında bölündüyündən Azərbaycanın bu həftə ümumi qazancı 0,625 xal olub.
Əvvəlcədən xəbər verdiyimiz kimi, Azərbaycan bu həftə UEFA reytinqində Rusiyanı (yarışlardan qeyri-müəyyən müddətə xaric olunub) ötərək 29-cu yerdən 28-ci pilləyə yüksəlib.
Hazırda ölkəmizin ümumi xal ehtiyatı 18,750-dir. Azərbaycanın ən yaxın izləyicisi olan 30-cu pillədəki Bolqarıstanın 17,250 xalı var. Ölkəmizdən bir pillə öndə - 27-ci yerdə qərarlaşmış Ukraynanın xal ehtiyatı isə 19,225-dir.
“Qarabağ”, “Sabah” və “Araz Naxçıvan”ın gələn həftə üçüncü mərhələdə ilk oyunlarını keçirəcəyini nəzərə alsaq, xalların yenə artacağı istisna deyil.
Argentina millisinin kapitanı seçildi
"Zirə"nin futbolçusu əməliyyat olundu
Malta Millətlər Liqasına qələbə ilə başladı
Azərbaycan boksçusu Avropa çempionu oldu
Qapıçıya sərt cəza - 20 illik futboldan uzaqlaşdırıldı
İrlandiya - İsrail matçı öncəsi gərginlik
Benzemanın “Nike”la əməkdaşlığı başlamadan bitdi
“Benfika” onları şikayət etdi
Özbəkistan millisi İrana qalib gəldi
Kişi klubunu çalışdıran ilk qadın məşqçi ilə yollar ayrıldı
Ürək problemi yaşayan futbolçu fərdi məşqlərə başladı
Azərbaycan Qran-Prisində sərbəst yürüşlər keçirildi
2-ci liqada 6 oyunun hakimləri bilindi
Xavi “Qızıl top” üçün əsas namizədini açıqladı
Vüsal İsgəndərli: “Bu yükün altından çıxmalıyıq”
Alabanın yeni klubu rəsmiləşdi
Bugünkü oyunları yayımlayacaq kanallar
"Araz-Naxçıvan" iki yoxlama oyunu keçirəcək
Polşalı futbolçu faciəvi şəkildə dünyasını dəyişdi
Azərbaycan millisi Avropa çempionatında rekord vurdu
İsgəndər Cavadov Elxan Səmədovla görüşdü
Azərbaycan millisinin heyəti açıqlandı
Mahir və Abdullanın durumu bəlli oldu
“Mənfi rəylər məni daha da motivasiya edir” - Toral Bayramov
"Qəbələ" Yaponiya millisi ilə qarşılaşacaq
"Sabah"ın ÇL oyunları üçün 100 mindən çox bilet satılıb
Azərbaycan AVRO-2028-in pley-offuna çıxa bilər - Şərtlər