Ukraynanın "Şaxtyor" komandası yeni baş məşqçisi Arda Turanın rəhbərliyi altında Avropa Liqasının birinci təsnifat mərhələsində uğurla nəticəyə imza atıb.
QOL.az xəbər verir ki, Donetsk təmsilçisi ilk matçda 6:0 hesabı ilə qalib gəldiyi Finlandiya "İlves"i ilə dünən keçirilən təkrar görüşdə heç-heçə edib (0:0) və ikinci mərhələyə yüksəlib. Bu mərhələdə "Şaxtyor"un rəqibi Arda Turanın həmyerliləri olacaq: İstanbul "Beşiktaş"ı.
Arda Turan iyulun 18-də keçirilən səfər oyunundan sonra təşkil edilən mətbuat konfransında deyib:
"İlk növbədə oyunçularıma təşəkkür etmək istəyirəm. Çünki onlar çox yaxşı oynadılar. Əslində, bu oyundan birinci matçdakından daha çox razı qaldım. Mental baxımdan qalib gəlmək istərdik, çünki topu cərimə meydançasına çatdırmaq asan deyil və biz bunun dəyərini dərk etməliyik. Bu, bizim hələ inkişaf etdirməli olduğumuz bir aspektdir. Start heyətində olanlardan tutmuş sonradan oyuna daxil olanlara qədər bütün futbolçularımla fəxr edirəm və oyuna ciddi yanaşmalarına, sadiqliklərinə görə onlara təşəkkür etmək istəyirəm. Qarşıda daha bir oyun var, amma bu gün göstərdiyimiz oyuna böyük ümidlə baxıram".
A.Turan bildirib ki, gələn həftənin birinci günündən etibarən "Beşiktaş"la oyunun hazırlıqlarına başlayacaqlar.
"Bazar ertəsindən etibarən üç gün taktika üzərində çalışacağıq, "Beşiktaş"la matçın ilkin təhlilini aparacağıq. Fiziki baxımdan irəliləyiş var və demək olar ki, çatmaq istədiyimiz səviyyədəyik. Futbolçuların fiziki göstəricilərindən çox razıyıq".
"Hörmətsizlik deyil, sadəcə yorğunam" - Yuri Vernidub
Qurban Qurbanovdan Elvin Cəfərquliyevlə bağlı suala cavab
“Səbail”in 6 qollu qələbəsindən - Video
Reşfordu təhqir etdiyinə görə cəzalandırıldı
“Sabah”ın çempionluğu rəsmiləşdi
10 qol vuran ilk oyunçu oldu
Montiel zədələndi, hirsindən butsunu yerə çırpdı - Video
"Barselona" onlarla sağollaşır
AFFA rəhbərliyi FİFA-nın Konqresində
Dünya çempionatından sonra karyerasını başa vuracaq
İran nümayəndə heyəti FİFA konqresinə niyə buraxılmayıb?
1-ci liqada 24-cü tura yekun vuruldu
“Neftçi” - “Qarabağ”: Heyətlər
Misli Premyer Liqasında bu həftəki oyunların hakimləri
ÇL-də həftənin ən yaxşı oyunçusu bilindi
UEFA ləğv olunan penalti qərarına aydınlıq gətirdi
Dibala ölkəsinə qayıdır
Fati satılacaq
Azərbaycanın daha bir stadionuna FİFA sertifikatı verildi
Azərbaycan cüdoçularının ilk rəqibləri müəyyənləşdi
"Mançester Yunayted"də 5 illik müqavilə
"Perspektivli komandamız var" - Aqil Nəbiyev
Salah bu mövsüm oynaya biləcək?
40 yaşlı Eşli Yanq son oyununa çıxır
Skott Parker istefaya göndərildi
Prezidentin güləşçilərlə görüşündə səmimi anlar - Şəkillər
Loqonu tapdaladı, Simeone ailəsi özündən çıxdı - Video
Bugünkü oyunları yayımlayacaq kanallar
Azərbaycan millisi Pakistana qalib gəldi
Yığmamız Belarusla qarşılaşdı
Hafiz Məmmədov ilə Qurban Qurbanov bir arada - Şəkil
ÇL-də həftənin oyunçusu kim olacaq?
Nəriman 90 dəqiqə oynadı, komandası 1/4 finala yüksəldi
"Atletiko" "Arsenal"la heç-heçə etdi - Çempionlar Liqası
Autsayder liderdən xal aldı - Video
Birlikdə 100 qol vurdular
Alvares La Liqadan gedəcək?
"Atletiko" - "Arsenal" matçının start heyətləri açıqlandı
Muradov başladı, Cəfərli bitirdi
FİFA DÇ-2026-nın mükafat fondunu artırdı