Peşəkar Futbol Liqası ilə Azərbaycanın qanuni lotereya təşkilatçısı və idman mərc oyunları operatoru “Azərlotereya”nın “Misli” brendi arasında titul sponsorluğuna dair müqavilənin müddəti uzadılıb.
QOL.az xəbər verir ki, bu barədə PFL-in saytı məlumat yayıb.
Bildirilib ki, razılığa əsasən, 2025/2026-cı illər mövsümündə də “Misli” Azərbaycan Premyer Liqasının əsas sponsoru olacaq və ölkə çempionatı “Misli Premyer Liqası” adlanacaq:
“Misli” hər zaman ölkədə idmanın, xüsusilə də futbolun tərəqqisi naminə önəmli layihələrin icrasında yaxından iştirak edir. “Misli”nin Azərbaycan Premyer Liqasına sponsorluğu ölkə futbolunun inkişafı və populyarlaşdırılması baxımından əhəmiyyətli addımdır.
Dördüncü mövsümdür ki, davam edən əməkdaşlıq sayəsində liqaya maraq xeyli artıb, sponsorluq çərçivəsində keçirilən layihələr azarkeşlərin diqqətini cəlb etməklə yanaşı, yerli futbolun kommersiya dəyərinə də böyük töhfə verib.
“Misli”nin Premyer Liqaya davamlı dəstəyi Azərbaycan futbolunda uzunmüddətli və dayanıqlı inkişaf üçün mühüm rol oynayır. Bu əməkdaşlıq sayəsində futbolumuzun daha geniş auditoriyaya çıxması, azarkeşlərlə əlaqənin güclənməsi, liqada rəqabət qabiliyyətinin artırılmasını müşahidə edə bilərik.
“Misli” - media əməkdaşlığı və ictimai tədbirlərlə futbolun daha geniş auditoriyaya çatmasına dəstək olur. Buna nümunə olaraq Peşəkar Futbol Liqası ilə media sahəsində aparılan birgə işlərin futbolun televiziyada, saytlarda və rəqəmsal platformalarda daha geniş şəkildə yayılmasına imkan verməsini göstərə bilərik.
“Misli” - PFL tərəfdaşlığı idmanın ictimai dəyərini artırmaqla bərabər azarkeşlərlə klub, həmçinin milli futbol arasında əlaqəni möhkəmləndirir. “Misli”nin Premyer Liqaya dəstəyi Azərbaycan futbolunda yeni inkişaf imkanlarını yaradır".
Qeyd edək ki, 2025/2026-cı illər mövsümü Misli Premyer Liqası 15 avqust tarixində başlayacaq.
“Trabzonspor”dan inamlı qələbə
“Yuventus”dan heç-heçə, “Bayer” qalib gəldi
La Liqada səfər azarkeşləri üçün yeni qərar
"Karvan-Yevlax" belə məğlub oldu - Video
"Beşiktaş" - "Kristal Pelas": Heyətlər
Bruno Fernandeş tənqidinə görə cəzalanacaq?
“Bavariya”nın futbolçusu sıradan çıxdı
Çempionlar Liqasında həftənin rəmzi komandası açıqlandı
UEFA-dan Fəridə Lütfəliyevaya təyinat
"Gəncəbasar"ın 7 qollu qələbəsindən - Video
Çempionlar Liqasında həftənin oyunçusu bəlli oldu
1-ci liqada 6-cı tura yekun vuruldu
Sergen Yalçın rəsmən Türkiyə millisində - Video
"Keyn İngiltərə tarixinin ən yaxşısıdır"
UEFA “Trabzonspor”u cərimələdi və cəzalandırdı
"Mançester Yunayted"dən Kerrik qərarı
"Qalatasaray" - "Fənərbaxça" matçı ona tapşırıldı
Kurtuadan yeni müqavilə açıqlaması
Mourinyo "El-Klasiko"dan danışdı
"Sabah" "Qarabağ"dan bir addım irəlidədir" - Mütəxəssis rəyi
Misli Premyer Liqası: 9-cu turun hakimləri
İspaniya kralı Messini şam yeməyinə dəvət etdi
Skaloni razılıq verdi
Bugünkü oyunları yayımlayacaq kanallar
Fernandeş taktikanı tənqid etdi, Kerrik futbolçuları