“Neftçi”nin baş məşqçisi Samir Abasov “Hapoel Təl-Əviv”lə (İsrail) yoxlama oyunundan sonra açıqlama verib.
QOL.az klubun rəsmu saytına istinadən xəbər verir ki, o Polşa toplanışındakı ilk matçı (1:1) belə şərh edib:
"Uzun müddətdən sonra ilk yoxlama görüşü idi. Oyunun hansı məcrada keçəcəyi haqda əvvəldən danışmışdım, hər hissəyə fərqli heyətlə çıxacağımızı demişdim. Futbolçular üçün necə çətin olduğu matçdan görünürdü. Həm uzun müddət idi oyun keçirmirdik, həm də ağır yükləmələrdən sonra matça çıxırdıq. Məqsəd o idi ki, fiziki yükləmələrin fonunda futbolçuların özlərini necə göstərəcəklərini görək. Məncə, bunun öhdəsindən gəldilər. Bu oyunlara taktiki cəhətdən o qədər də köklənmirik, fiziki aspektləri də düşünürük. Çünki çempionatın başlanmasına yetərincə vaxt var".
S.Abasov qeyd edib ki, komandası yeni mövsümə hazır olacaq: "Çalışırıq ki, futbolçular bu müddətdə tonusdan düşməsinlər, əksinə, belə oyunlarla onların fiziki vəziyyətlərini daha da yaxşılaşdıraq. Düşünürəm ki, ilk oyun üçün pis deyildi. Futbolçuların ayrı-ayrılıqda etdikləri səhvlər normaldır. Özümüz də futbolçu olmuşuq, bilirik ki, bu vəziyyətdə ayaqlar sözə qulaq asmır. Yəni onları anlayırıq. Nəzərə alaq ki, dünən iki məşqimiz var idi. Əsas odur ki, fiziki durumumuzu yaxşılaşdıraq. Bununla yanaşı, komandanı formalaşdırandan sonra çempionata yaxşı hazır olacağımıza inanıram”.
Messi 39 yaşında
Didye Deşama ağır itki
İngiltərə - Qana: Heyətlər
23 illik yaş fərqi ilə eyni meydanda
FİFA-dan pley-off mərhələsi üçün yeni penalti qaydası
Ronaldodan yeni rekord
"Qarabağ" Avstriya toplanışına start verdi - Video
"İpsviç Taun"da yeni baş məşqçi
"Barselona" qapıçısı ilə yollarını ayırdı
Portuqaliya - Özbəkistan matçının heyətləri açıqlandı
"Real"a keçəndən sonra təhdid olunur
Türkiyənin matçını şərh etdi, FİFA cəzalandırdı
"Şəfa"dan 1-ci liqa klubuna keçdi
"Məğlubiyyətin heyfini bizdən çıxmaq istəyəcəklər"
“Onlar pul üçün oynayırdı, biz isə…” - Aydın Süleymanlı
"Zirə"dən daha bir transfer
Qattuzonun yeni iş yeri açıqlandı
"Turan Tovuz"dan ayrılan futbolçu "Zirə"də - Yenilənib
"Jirona"da yeni baş məşqçi