“Qarabağ” növbəti transfer həyata keçirib.
QOL.az xəbər verir ki, Ağdam təmsilçisi Zaqreb “Dinamo”sundan Semmi Mmaeni heyətinə cəlb edir. Bu barədə “TheCroatianLad” məlumat yayıb.
Mərakeş əsilli belçikalı mərkəz müdafiəçisinin bu gün tibbi baxışdan keçəcəyi və onunla müqavilə imzalanacağı bildirilib. 28 yaşlı futbolçunun “Qarabağ”da icarə əsasında çıxış edəcəyi gözlənilir. Müqavilədə satınalma şərtinin olmayacağı da qeyd edilib. Mmaenin “Dinamo” ilə 2028-ci ilin iyununa qədər müqaviləsi var.
QOL.az saytına daxil olan xəbərə görə, artıq Semmi Mmae ilə 1 illik icarə müqaviləsi imzalanıb. O, artıq Bakıdadır. Transferin gün ərzində klub tərəfindən rəsmən elan ediləcəyi gözlənilir.
Semmi Mmae “Dinamo”ya ötən yay Macarıstan “Ferentsvaroş”undan azad agent kimi keçib. O, Belçikada “Gent”, “Standard” və “Sent Trüden”də çıxış edib. Futbolçu ötən mövsüm “Dinamo”da 21 oyunda meydana çıxıb.
Qeyd edək ki, "Qarabağ" bu yay Dani Bolt (Son klubu "Torreense", Portuqaliya), Pedro Bikalyo ("Alverka", Portuqaliya) və Kris Kuakunu ("Mafra", Portuqaliya) da transfer edib.
“Bavariya”dan darmadağın
"Daha güclü “Şəfa” görəcəyik" - Zaur Həşimov
“Qarabağ” "Şəfa"ya, "Neftçi" "Qəbələ"yə qalib gəldi
Qəbələdə vurulan qollar - Video
“İlk qola qədər pis görünmürdük” - Amil Ağacanov
“Sabah" bizə müraciət etsə..." - Vernidub
MOİK "Xankəndi"ni məğlub etdi
Mourinyo: "Formula 1-dən öyrənəcəyimiz çox şey var"
"Qarabağ" - "Şəfa": Heyətlər
Yamaldan "Qızıl top" açıqlaması
Xavi sabiq futbolçusu olan bombardiri milliyə çağırmadı
"Sabah"dan 10 futbolçu milli komandalara dəvət alıb
"Qəbələ" - "Neftçi": Heyətlər
Tofiq Bəhramov stadionu təmir olunacaq
41 yaşlı Ronaldo yenidən milliyə çağırıldı
"3-4 şirkətlə aktiv danışıqlar gedir" - PFL rəsmisi
Azərbaycandan Surinam millisinə çağırıldı