"Sabah"ın futbolçusu Pavol Şafranko UEFA Avropa Liqasının 1-ci təsnifat mərhələsinin cavab oyunlarında keçiriləcək "Çelye" ilə matç haqda danışıb.
QOL.az xəbər verir ki, o, görüşdən öncə təşkil olunan mətbuat konfransında deyib: "Bəli, oyunçular adından deyə bilərəm ki, yaxşı hazırlaşmışıq. Məşqçimizin dediyi kimi, son üç-dörd gündə çox yaxşı məşqlər keçdik. Əvvəlki oyundan maksimum dərəcədə dərs çıxarmağa çalışdıq.
İndi isə bu son günlərdə topladığımız enerjini sabahkı oyuna daşımaq istəyirik. Söz verə bilərəm ki, meydana çıxanda hər birimiz 100 faiz gücümüzlə oynayacağıq".
Qeyd edək ki, "Çelye" - "Sabah" matçı sabah, Bakı vaxtı ilə saat 22:00-da start götürəcək. Tərəflər arasında Bakıda gerçəkləşən ilk görüş Sloveniya təmsilçisinin 3:2 hesablı qələbəsi ilə yekunlaşıb.
“Bavariya”dan darmadağın
"Daha güclü “Şəfa” görəcəyik" - Zaur Həşimov
“Qarabağ” "Şəfa"ya, "Neftçi" "Qəbələ"yə qalib gəldi
Qəbələdə vurulan qollar - Video
“İlk qola qədər pis görünmürdük” - Amil Ağacanov
“Sabah" bizə müraciət etsə..." - Vernidub
MOİK "Xankəndi"ni məğlub etdi
Mourinyo: "Formula 1-dən öyrənəcəyimiz çox şey var"
"Qarabağ" - "Şəfa": Heyətlər
Yamaldan "Qızıl top" açıqlaması
Xavi sabiq futbolçusu olan bombardiri milliyə çağırmadı
"Sabah"dan 10 futbolçu milli komandalara dəvət alıb
"Qəbələ" - "Neftçi": Heyətlər
Tofiq Bəhramov stadionu təmir olunacaq
41 yaşlı Ronaldo yenidən milliyə çağırıldı
"3-4 şirkətlə aktiv danışıqlar gedir" - PFL rəsmisi
Azərbaycandan Surinam millisinə çağırıldı