"Çelye"nin futbolçusu Franko Kovaçeviç UEFA Avropa Liqasının 1-ci təsnifat mərhələsinin cavab oyunlarda keçiriləcək "Sabah"la matç haqda danışıb.
QOL.az xəbər verir ki, ilk oyunda dublun müəllifi olan hücumçu görüşdən öncə keçirilən mətbuat konfransında deyib:
"İlk qarşılaşma istədiyimiz kimi başlamadı, amma tez toparlandıq və sonda qələbə qazandıq. Bakıda vurduğum hər iki qolda işin çoxunu komanda gördü. Mən, sadəcə, son toxunuşu edərək topu qapıya göndərdim. "Çelye"də özümü yaxşı hiss edirəm, komanda məni gözəl qarşıladı. Uğur üçün rəqib haqqında lazım olan bütün məlumatlara sahib olmalıyıq. Məşqçi matçın planını hazırlayan şəxsdir və onun tapşırıqlarını mümkün qədər yaxşı yerinə yetirməyə çalışmalıyıq".
Qeyd edək ki, "Çelye" - "Sabah" matçı sabah, Bakı vaxtı ilə saat 22:00-da start götürəcək. Tərəflər arasında Bakıda gerçəkləşən ilk görüş Sloveniya təmsilçisinin 3:2 hesablı qələbəsi ilə yekunlaşıb.
“Bavariya”dan darmadağın
"Daha güclü “Şəfa” görəcəyik" - Zaur Həşimov
“Qarabağ” "Şəfa"ya, "Neftçi" "Qəbələ"yə qalib gəldi
Qəbələdə vurulan qollar - Video
“İlk qola qədər pis görünmürdük” - Amil Ağacanov
“Sabah" bizə müraciət etsə..." - Vernidub
MOİK "Xankəndi"ni məğlub etdi
Mourinyo: "Formula 1-dən öyrənəcəyimiz çox şey var"
"Qarabağ" - "Şəfa": Heyətlər
Yamaldan "Qızıl top" açıqlaması
Xavi sabiq futbolçusu olan bombardiri milliyə çağırmadı
"Sabah"dan 10 futbolçu milli komandalara dəvət alıb
"Qəbələ" - "Neftçi": Heyətlər
Tofiq Bəhramov stadionu təmir olunacaq
41 yaşlı Ronaldo yenidən milliyə çağırıldı
"3-4 şirkətlə aktiv danışıqlar gedir" - PFL rəsmisi
Azərbaycandan Surinam millisinə çağırıldı