Avstriyada təlim-məşq toplanışında olan "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov klubun saytına açıqlama verib.
QOL.az-ın məlumatına görə, mütəxəssis Avstriyanın “Zalsburq” (1:2) klubu ilə keçirdikləri son yoxlama oyunu barədə danışıb. O, komandasının hazırlıq prosesindən razı qaldığını deyib:
“Yaxşı oyun oldu. Keyfiyyətli futbolçulardan qurulmuş, özünə xas oyun üslubu olan çox yaxşı bir komandaya qarşı oynadıq. Düzdür, komandamız optimal vəziyyətdə deyildi. Amma yaxşı hazırlıq keçdik. Toplanışda son oyunumuz idi. Futbolçular bu matça yüklənmiş halda çıxmışdılar. Həm son görüşdən, həm ümumi hazırlıqdan razı qaldım”.
Mütəxəssis komandanın ümumi durumunu da dəyərləndirib: “Komandanın durumu normaldır. Optimal idman formasına düşmək üçün bir az vaxt lazımdır. Qarşıda oyundan-oyuna bunu hiss edəcəyik. Ümumilikdə bu gün hər futbolçunun daha yaxşı potensialı var. Bir neçə rəsmi oyundan sonra daha da idman formalarını yığacaqlar. Bundan sonra meydanda bir-birini daha yaxşı tamamlayacaqlar”.
Keyn Top-5-də liderdir
Tofiqin rəqibi müəyyənləşdi - Las-Veqasda döyüş olacaq
Premyer Liqa klubu aşağı liqa təmsilçisinə uduzdu
Azarkeşlərin "vəfasızlığından" şikayətləndi
Ramos doğma klubunu alır?
Superliqa klubu baş məşqçisi ilə sağollaşdı
Ronaldo yenidən yaşıl meydanlarda
Millimizin üzvü oynadı, komandası heç-heçə etdi
Kukurella "Finalissima" matçına çıxacaq?
500-cü qolunu vurdu
"Zirə"nin qələbəsindən - Video
Bərbad!..
Klub ağır məğlubiyyətə uğradı, hakimləri şikayət etdi
"Rəqibə qol epizodu vermədik" - Rəşad Sadıqov
“Belə şəraitdə komandanı motivasiya etmək asan deyil”
"Zirə" qalib gəldi, Musa "Qarabağ"a qələbə qazandırdı
“Əliyar onsuz da bizim oyunlarda maraqlı qərarlar verir”
“Qarabağ”ın bərbad meydançadakı çətin qələbəsi - Video
Qurban Qurbanov “İmişli” klubuna da etiraz etdi
"Kəpəz"dən yeni transfer
İqor Tudor rəsmən İngiltərə Premyer Liqasında
Azərbaycan çempionatı: Ölkənin ən güclüləri müəyyənləşdi
"Zirə" - "Karvan Yevlax": Heyətlər
"Liverpul" "Arsenal"ı 109 milyon avroya məğlub edir
“Qarabağ” Qubaya getdi, tribunalar doldu - Video
Koxalski iştirak ərizəsində niyə yoxdur? - Açıqlama
Azərbaycan çempionatında 1/4 final başlayır