"Qarabağ"ın futbolçusu Toral Bayramov Avstriyada təşkil olunan təlim-məşq toplanışını dəyərləndirib.
QOL.az xəbər verir ki, 24 yaşlı yarımmüdafiəçi klubun rəsmi saytına verdiyi açıqlamasında hazırlıq dönəminin faydalı keçdiyini bildirib:
“Yeni mövsüm üçün hazırlığımız yaxşı səviyyədə keçir. Bakıdan sonra indi də Avstriyada hamı canla-başla çalışır, verilən tapşırıqları yerinə yetirir. Komanda şəklində çatışmayan cəhətlərin üzərində işləyirik. Daha yaxşı forma yığmağa çalışırıq. Düşünürəm ki, bizim üçün çox faydalı təlim-məşq toplanışı keçir. Bakıda bir, Avstriyada üç yoxlama oyunu keçirmişik. Bu gün isə son yoxlama matçında “Zalsburq”la qarşılaşacağıq. Fikrimcə, pis təsir bağışlamamışıq. Həm taktiki, həm də fiziki durumumuzu optimal səviyyəyə çatdırmağa çalışırıq. Rəsmi oyunlara qədər tam hazır olmaq istəyirik”.
Toral bu mövsüm UEFA Çempionlar Liqasında uğurlu çıxış etməyə çalışacaqlarını vurğulayıb: “Çempionlar Liqasında ilk matçımıza təxminən bir həftə vaxtımız qalıb. Turnirə tam hazır olmaq üçün bütün gücümüzlə hazırlaşırıq. Rəqibin kimliyindən asılı olmayaraq, meydana hər zaman qələbə üçün çıxırıq. Bunu reallaşdırmaq istəyiriksə optimal formada olmalıyıq. Çempionlar Liqasında əsas hədəf Liqa mərhələsinə yüksəlməkdir. Bunun üçün əlimizdən gələni edəcəyik. İnanıram ki, bu mövsüm hər şey yaxşı olacaq”.
“Bavariya”dan darmadağın
"Daha güclü “Şəfa” görəcəyik" - Zaur Həşimov
“Qarabağ” "Şəfa"ya, "Neftçi" "Qəbələ"yə qalib gəldi
Qəbələdə vurulan qollar - Video
“İlk qola qədər pis görünmürdük” - Amil Ağacanov
“Sabah" bizə müraciət etsə..." - Vernidub
MOİK "Xankəndi"ni məğlub etdi
Mourinyo: "Formula 1-dən öyrənəcəyimiz çox şey var"
"Qarabağ" - "Şəfa": Heyətlər
Yamaldan "Qızıl top" açıqlaması
Xavi sabiq futbolçusu olan bombardiri milliyə çağırmadı
"Sabah"dan 10 futbolçu milli komandalara dəvət alıb
"Qəbələ" - "Neftçi": Heyətlər
Tofiq Bəhramov stadionu təmir olunacaq
41 yaşlı Ronaldo yenidən milliyə çağırıldı
"3-4 şirkətlə aktiv danışıqlar gedir" - PFL rəsmisi