Kiyevin "Dinamo" klubu "Zirə"nin futbolçusu Salifu Sumanı heyətinə qatmaq üçün danışıqları davam etdirir.
QOL.az Ukrayna mediasına istinadən xəbər verir ki, yerli jurnalist Mixael Spivakovski danışıqların gedişatı haqda onda olan son məlumatı açıqlayıb.
Bildirib ki, "Transfermarkt"ın qiymətləndirməsinə görə, Sumanın dəyəri 1,2 milyon avro olsa da, müzakirələr 1,5 milyon avro ətrafında gedir.
Bəs, Rəşad Sadıqov nə deyir?
21 yaşlı qvineyalı vinger 2023-cü ilin avqustunda "Zirə"yə keçib. Onun klubla müqaviləsi hələ 2027-ci ilin iyununda başa çatacaq.
"Zirə"nin baş məşqçisi Rəşad Sadıqov dünən "Qarabağ"la yoxlama matçından sonra jurnalistlərə verdiyi açıqlamada komandasının liderlərindən olan Suma ilə bağlı duruma da toxunub. O, konkret klub adı çəkməsə də, futbolçusuna ciddi təkliflər olduğunu və hazırda danışıqlar getdiyini təsdiqləyib:
"Hər an razılıq əldə oluna və Suma komandanı tərk edə bilər. Onu heyətində görmək istəyən komandalar avrokuboklarda iştirak edəcəklər və turnirin startına qədər keçidi reallaşdırmağa çalışırlar. Çünki “Zirə”nin heyətində meydana çıxsa, sonra digər kollektivin formasını yalnız qrup mərhələsində geyinə bilər. Hələ ki, danışıqlar gedir".
Qeyd edək ki, "Dinamo" bu mövsüm Ukraynanı Çempionlar Liqasında təmsil edəcək. Kiyev təmsilçisi yarışa təsnifat mərhələsindən başlayacaq.
Artıq bir neçə aydır "Dinamo"nun Sumaya maraq göstərdiyinə dair Ukrayna mətbuatında xəbərlər yayılıb.
Rafinyadan het-trik
"Böyük klub olmaq istəyiriksə..." - Valdas Dambrauskas
"Sabah"ın 3 qollu qələbəsindən - Video
“Təsadüfi işlə uğur qazanmaq mümkün deyil” - Fərid Namazov
UEFA İrlandiyanın tələbini rədd etdi
"Sabah" "İmişli"yə, "Turan Tovuz" "Zirə"yə qalib gəldi
Vüsal oynadı, komandası qələbə qazandı
"Turan Tovuz" "Zirə"ni belə məğlub etdi - Video
Berdiyevdən Sadıqovun hakim iradına reaksiya
"Hakimlər üzərində təzyiq yaradılır" - Rəşad Sadıqov
"Traktor"un qapıçısı "Sumqayıt"da
"Sabah"ın sabiq futbolçusu vətəninə qayıtdı
Mahirin komandasından növbəti məğlubiyyət
"Sabah" - "İmişli" matçının heyətləri açıqlandı
“Arsenal” Premyer Liqa futbolçularını hədəfə aldı
"Tottenhem" uduzdu, azarkeşlər istefa tələb etdi
Ronaldo yenidən "İmişli"də
Prezidentdən İsgəndər Cavadovla bağlı sərəncam
"Turan Tovuz" - "Zirə": Heyətlər
Dünya nəhəngləri 15 yaşlı futbolçu üçün mübarizə aparır
UEFA FİFA-dan bunu tələb etdi
İtaliya millisinin Türkiyə ilə oyun üçün heyəti açıqlandı
Əfsanəvi futbolçu vəfat etdi
"Kəpəz" 2 yoxlama oyunu keçirəcək
“Onun artıq 35 yaşı, mənim isə 4 illik layihəm var” - Zidan
“Şəfa”nın legioneri: “Qarabağ” daha üstün oynadı” - Video
Xabi Alonso “Çelsi”də də məyus edir
“Qarabağ” hər oyunda 4-5 qol vurmaq istəyir…” - Video
Bundesliqa klubundan baş məşqçi qərarı
Qattuzo: "İkardinin "Latsio"ya transferi mümkün deyil"
Bakıda dünya çempionatı – 191 ölkə, 1000-ə yaxın oyun
De la Fuente Millətlər Liqasının yeni formatını tənqid etdi
Harri Keyn Bundesliqada tarix yazdı
“Çelsi” səfərdə məğlub oldu
“Bavariya”dan darmadağın
"Qarabağ"ın 5 legioneri millidən dəvət aldı
Yankoviçin qolu qələbə gətirdi - Video
"Daha güclü “Şəfa” görəcəyik" - Zaur Həşimov
“Qarabağ” "Şəfa"ya, "Neftçi" "Qəbələ"yə qalib gəldi
Qəbələdə vurulan qollar - Video
“İlk qola qədər pis görünmürdük” - Amil Ağacanov
“Sabah" bizə müraciət etsə..." - Vernidub
MOİK "Xankəndi"ni məğlub etdi
Mourinyo: "Formula 1-dən öyrənəcəyimiz çox şey var"
"Qarabağ" - "Şəfa": Heyətlər