"Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov "Zirə" ilə bu gün keçirilən yoxlama matçından sonra fikirlərini bölüşüb.
QOL.az klubun rəsmi saytına istinadən xəbər verir ki, o, 4:0 hesabı ilə qalib gəldikləri matçı belə şərh edib:
“Maraqlı oyun alındı. Xüsusən də, birinci hissədə rəqib çox yaxşı təşkilatlanmış şəkildə görünürdü. İkinci hissə bir qədər fərqli oldu. Erkən qollar vurduq, oyun bizim üçün asanlaşdı. Bəzi səhvlərimiz oldu ki, bu da gözlənilən idi. Çünki futbolçuların hazırlıq durumu hələ qaydasında deyil. Belə məqamda onlardan yüksək dinamikli oyun tələb etmək də düzgün olmazdı. Komandanın fiziki durumu hələ tam istədiyimiz səviyyədə deyil.Ümumən oyunçuları daha yaxşı gördüm. Lakin səhvlərimiz var idi. Bəzi qəbulolunmaz səhvlər oldu. Onları burada görməyimiz daha yaxşıdır. İnşallah, Avstriya toplanışında çatışmazlıqlara daha çox diqqət ayıracağıq".
Baş məşqçi transfer çalışmalarının davam etdiyini bildirib: “Həmişə olduğu kimi, transfer danışıqları gedir. Bu məsələnin üzərinə çox ciddi düşmüşük. Ola bilər, qarşıdakı günlərdə, ola bilər 10 gündən sonra, yaxud bir aydan sonra reallaşsın. Bu, elə bir prosesdir ki, dərhal həll olunmur. Çalışırıq ki, bir yox, bir neçə transfer reallaşdıraq".
Q.Qurbanov futbolçularının fiziki durumundan razı deyil:"Hələ ki, o səviyyədə deyilik. Əfsuslar olsun ki, futbolçularda fərqli fiziki hazırlıq var. Milli komandanın oyunçularında istirahətə vaxt az olduğu üçün onların fiziki durumları yaxşı deyil. Amma digərləri, istirahətə daha çox vaxtı olanlar məşqlərdə verdiyimiz yüklənmələri daha rahat qəbul edirlər".
Q.Qurbanov internet qaynaqlarında "Qarabağ"la müqaviləsinin bu gün başa çatmasının göstərilməsi ilə bağlı isə deyib: "Hələ müqaviləm var. Səhv eləmirəmsə, 2027-ci ilə kimidir".
Q.Qurbanov Çempionlar Liqasındakı potensial rəqiblərin oyununa köməkçilərindən kimisə göndərmək fikrində olduğunu da qeyd edib.
"Qarabağ"ın çalışdırıcısı "Zaqreb "Dinamo"sunun müdafiəçisi Sami Mmaenin adı transfer siyahınızda var?" sualını belə cavablandırıb: "Ola bilər siyahıda olsun".
Rafinyadan het-trik
"Böyük klub olmaq istəyiriksə..." - Valdas Dambrauskas
"Sabah"ın 3 qollu qələbəsindən - Video
“Təsadüfi işlə uğur qazanmaq mümkün deyil” - Fərid Namazov
UEFA İrlandiyanın tələbini rədd etdi
"Sabah" "İmişli"yə, "Turan Tovuz" "Zirə"yə qalib gəldi
Vüsal oynadı, komandası qələbə qazandı
"Turan Tovuz" "Zirə"ni belə məğlub etdi - Video
Berdiyevdən Sadıqovun hakim iradına reaksiya
"Hakimlər üzərində təzyiq yaradılır" - Rəşad Sadıqov
"Traktor"un qapıçısı "Sumqayıt"da
"Sabah"ın sabiq futbolçusu vətəninə qayıtdı
Mahirin komandasından növbəti məğlubiyyət
"Sabah" - "İmişli" matçının heyətləri açıqlandı
“Arsenal” Premyer Liqa futbolçularını hədəfə aldı
"Tottenhem" uduzdu, azarkeşlər istefa tələb etdi
Ronaldo yenidən "İmişli"də
Prezidentdən İsgəndər Cavadovla bağlı sərəncam
"Turan Tovuz" - "Zirə": Heyətlər
Dünya nəhəngləri 15 yaşlı futbolçu üçün mübarizə aparır
UEFA FİFA-dan bunu tələb etdi
İtaliya millisinin Türkiyə ilə oyun üçün heyəti açıqlandı
Əfsanəvi futbolçu vəfat etdi
"Kəpəz" 2 yoxlama oyunu keçirəcək
“Onun artıq 35 yaşı, mənim isə 4 illik layihəm var” - Zidan
“Şəfa”nın legioneri: “Qarabağ” daha üstün oynadı” - Video
Xabi Alonso “Çelsi”də də məyus edir
“Qarabağ” hər oyunda 4-5 qol vurmaq istəyir…” - Video
Bundesliqa klubundan baş məşqçi qərarı
Qattuzo: "İkardinin "Latsio"ya transferi mümkün deyil"
Bakıda dünya çempionatı – 191 ölkə, 1000-ə yaxın oyun
De la Fuente Millətlər Liqasının yeni formatını tənqid etdi
Harri Keyn Bundesliqada tarix yazdı
“Çelsi” səfərdə məğlub oldu
“Bavariya”dan darmadağın
"Qarabağ"ın 5 legioneri millidən dəvət aldı
Yankoviçin qolu qələbə gətirdi - Video
"Daha güclü “Şəfa” görəcəyik" - Zaur Həşimov
“Qarabağ” "Şəfa"ya, "Neftçi" "Qəbələ"yə qalib gəldi
Qəbələdə vurulan qollar - Video
“İlk qola qədər pis görünmürdük” - Amil Ağacanov
“Sabah" bizə müraciət etsə..." - Vernidub
MOİK "Xankəndi"ni məğlub etdi
Mourinyo: "Formula 1-dən öyrənəcəyimiz çox şey var"
"Qarabağ" - "Şəfa": Heyətlər