Neymarla bağlı qərar verildi - Rəsmi

Neymarla bağlı qərar verildi - Rəsmi
XƏBƏR 25 İyun 2025 / 00:49 5064
-  A +

"Santos" futbolçusu Neymarla müqaviləsini uzadıb.

QOL.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb. 

33 yaşlı hücumçu ilə 2025-ci ilin sonunadək müqavilə imzalanıb. Müqavilədə əməkdaşlığın uzadılması variantı da qeyd olunub. 

Qeyd edək ki, Neymar "Santos"un yetirməsidir. O, Braziliya klubu ilə ilk peşəkar müqaviləsini 2008-ci ildə imzalayıb. 2013-cü ildə hücumçu "Barselona"ya keçib. Forvard daha sonra PSJ və "Əl-Hilal"ın formasını geyinib. Neymar 2025-ci ilin yanvarında azad agent kimi "Santos"a qayıdıb. Ümumilikdə o, komandanın heyətində bütün yarışlarda 237 matça çıxıb, 139 qol vurub və 69 məhsuldar ötürmə verib.


Dünya Çempionatı 2026
Son xəbərlər
topaz banner