“Araz-Naxçıvan”ın kapitanı Ürfan Abbasov Konfrans Liqasının 2-ci təsnifat mərhələsindəki rəqibləri “Aris” haqda fikirlərini bildirib.
O, QOL.az-a açıqlamasında Yunanıstan klubunun asan rəqib olmadığını deyib:
“Aris” haqqında hələlik ümumi məlumatımız var. Bilirik ki, güclü rəqibdir. Hələ qarşımızda vaxt olacaq. “Aris”i analiz edəcəyik. Amma ilk olaraq komandamız tam formalaşmalıdır. Yeni oyunçular gəlməlidir və biz təlim-məşq toplanışında birlikdə çalışmalıyıq. Futbolçular bir-birinə uyğunlaşmalıdır. Bundan sonra necə olacağını zaman göstərəcək”.
Məhdud imkanlarla Premyer Liqada 3-cü olan “Araz-Naxçıvan” bizi Konfrans Liqasında da təəccübləndirə bilərmi? Komandanın kapitanı əvvəlcə yaxşı heyət qurmalı olduqlarını düşünür: “Bilirik ki, “Aris” güclüdür. Amma hər şey hazırlaşmaqdan asılıdır. Bizə yeni oyunçular gələcək. Onların adaptasiyasının necə getməyindən də çox şey asılı olacaq. Amma baş məşqçimiz Elmar Baxşıyevin yığdığı heyət həmişə öz sözünü deyib. Mən inanıram ki, bu dəfə də belə olacaq və biz yaxşı nəticələr uğrunda mübarizə aparacağıq”.
Ü.Abbasov Azərbaycan klubları ilə Yunanıstan təmsilçiləri arasındakı oyunların prinsipiallığı ilə seçildiyini də qeyd edib: “Yunan klubları həmişə aqressivlikləri ilə seçiliblər. Xüsusilə Azərbaycan klublarına qarşı. "Qəbələ"də çıxış edərkən bunun şahidi olmuşam. Amma onlar nə qədər aqressiv olsalar, biz ondan da artığını etməliyik”.
Qeyd edək ki, "Araz-Naxçıvan"la "Aris" arasında oyunlar iyulun 24-də Bakıda, 31-də isə Yunanıstanda keçiriləcək.
Rafinyadan het-trik
"Böyük klub olmaq istəyiriksə..." - Valdas Dambrauskas
"Sabah"ın 3 qollu qələbəsindən - Video
“Təsadüfi işlə uğur qazanmaq mümkün deyil” - Fərid Namazov
UEFA İrlandiyanın tələbini rədd etdi
"Sabah" "İmişli"yə, "Turan Tovuz" "Zirə"yə qalib gəldi
Vüsal oynadı, komandası qələbə qazandı
"Turan Tovuz" "Zirə"ni belə məğlub etdi - Video
Berdiyevdən Sadıqovun hakim iradına reaksiya
"Hakimlər üzərində təzyiq yaradılır" - Rəşad Sadıqov
"Traktor"un qapıçısı "Sumqayıt"da
"Sabah"ın sabiq futbolçusu vətəninə qayıtdı
Mahirin komandasından növbəti məğlubiyyət
"Sabah" - "İmişli" matçının heyətləri açıqlandı
“Arsenal” Premyer Liqa futbolçularını hədəfə aldı
"Tottenhem" uduzdu, azarkeşlər istefa tələb etdi
Ronaldo yenidən "İmişli"də
Prezidentdən İsgəndər Cavadovla bağlı sərəncam
"Turan Tovuz" - "Zirə": Heyətlər
Dünya nəhəngləri 15 yaşlı futbolçu üçün mübarizə aparır
UEFA FİFA-dan bunu tələb etdi
İtaliya millisinin Türkiyə ilə oyun üçün heyəti açıqlandı
Əfsanəvi futbolçu vəfat etdi
"Kəpəz" 2 yoxlama oyunu keçirəcək
“Onun artıq 35 yaşı, mənim isə 4 illik layihəm var” - Zidan
“Şəfa”nın legioneri: “Qarabağ” daha üstün oynadı” - Video
Xabi Alonso “Çelsi”də də məyus edir
“Qarabağ” hər oyunda 4-5 qol vurmaq istəyir…” - Video
Bundesliqa klubundan baş məşqçi qərarı
Qattuzo: "İkardinin "Latsio"ya transferi mümkün deyil"
Bakıda dünya çempionatı – 191 ölkə, 1000-ə yaxın oyun
De la Fuente Millətlər Liqasının yeni formatını tənqid etdi
Harri Keyn Bundesliqada tarix yazdı
“Çelsi” səfərdə məğlub oldu
“Bavariya”dan darmadağın
"Qarabağ"ın 5 legioneri millidən dəvət aldı
Yankoviçin qolu qələbə gətirdi - Video
"Daha güclü “Şəfa” görəcəyik" - Zaur Həşimov
“Qarabağ” "Şəfa"ya, "Neftçi" "Qəbələ"yə qalib gəldi
Qəbələdə vurulan qollar - Video
“İlk qola qədər pis görünmürdük” - Amil Ağacanov
“Sabah" bizə müraciət etsə..." - Vernidub
MOİK "Xankəndi"ni məğlub etdi
Mourinyo: "Formula 1-dən öyrənəcəyimiz çox şey var"
"Qarabağ" - "Şəfa": Heyətlər