"Milan" "Bayer"in oyunçusunu hədəflədi

"Milan" "Bayer"in oyunçusunu hədəflədi
XƏBƏR 15 İyun 2025 / 19:34 912
-  A +

"Milan" Leverkuzen "Bayer"inin futbolçusu Qranit Cakanı hədəfləyib. 

QOL.az xəbər verir ki, bu barədə insayder Fabrizio Romano məlumat yayıb. 

32 yaşlı yarımmüdafiəçi üçün yaxın zamanda təklif göndəriləcək. Tərəflər arasında danışıqların gələn həftə başlayacağı bildirilir. 

Qeyd edək ki, Qranit Caka bu mövsüm "Bayer"in heyətində 49 oyuna çıxaraq 2 qol vurub və 7 qolun ötürməsini edib. Onun klubu ilə müqaviləsi 2028-ci ilin yayına qədərdir. 

Daha çox


Son xəbərlər
15.06.25  15:10

"Milan"dan ayrılır

14.06.25  12:29

"Zirə"də 2 ayrılıq