"Yuventus" İqor Tudorla müqavilə müddətini uzatdı

"Yuventus" İqor Tudorla müqavilə müddətini uzatdı
XƏBƏR 13 İyun 2025 / 18:49 876
-  A +

"Yuventus" baş məşqçisi İqor Tudorla yeni müqavilə imzalayıb. 

QOL.az xəbər verir ki, bu barədə Turin klubunun rəsmi saytı məlumat yayıb.

Xorvatiyalı mütəxəssis 2027-ci ilin 30 iyun tarixinə qədər komandanın baş məşqçisi olacaq. Müqavilədə əlavə olaraq daha bir il - 2028-ci ilin yayına qədər uzadılma imkanı da var.

Qeyd edək ki, "Yuventus" 2024/2025 mövsümünü İtaliya A Seriyasında 70 xalla 4-cü pillədə başa vurub. Çempion isə 82 xalla "Napoli" olub.

Daha çox


Son xəbərlər
10.03.26  16:33

DÇ-2026-nı buraxacaq

10.03.26  10:40

Tarixin 70-cisi

topaz banner