"Oyuna yaxşı başlamadıq. Qol buraxsaq da, yaxşı reaksiya verdik. Bundan sonra balanslı oyun oldu. Ancaq ikinci qolu buraxdıq".
QOL.az xəbər verir ki, bu sözləri Azərbaycan milli komandasının baş məşqçisi Fernandu Santuş Macarıstana uduzduqları yoldaşlıq oyunundan sonra mətbuat konfransında deyib.
Portuqaliyalı mütəxəssis 1:2 hesablı məğlubiyyəti belə şərh edib: "İkinci hissə daha çətin keçdi. Rəqibdə keyfiyyətli oyunçular var. Asan top itirmirlər. Amma oyunçularım sona qədər inanırdı ki, bərabərlik qolunu vura bilərlər. Lakin bəzi oyunçularda yorğunluq var idi və bu, özünü göstərdi. Ona görə dəyişiklik etdim. Oyunun sonlarında 3 epizod yaratdıq, ancaq alınmadı. Futbolda bəxt də lazımdır. Son iki oyunda futbolçulardan razı qaldım. İnkişaf etdilər".
Santuş "Qarşıdan gələn rəsmi oyunlarla bağlı nə dərəcə də nikbinsiniz?" sualını belə cavablandırıb: "Bu barədə oyunçularla danışıram. Nəyi yaxşı edə bilərik, nə narahat edir, bunları onlara deyirəm. Çalışmalı olduğumuz məqamların üstündə işlədik. İstədiyim şeyləri görə bildim. Əlbəttə, çatışmayan şeylər hələ də var. Yaxşı şeyləri də bildirməliyəm".
70 yaşlı mütəxəssis "Azərbaycanda kişilərin pensiya yaşı 65-dir. Bəs Portuqaliyada neçədir?" sualının isə futbolla əlaqəli olmadığını deyib: "Bu suala cavab verməyəcəm. Futbolla nə əlaqəsi var?"
Santuş millimizin qolu qaydalar çərçivəsində vurduğunu da bildirib.
Millimizin çalışdırıcısı komandasının 10 oyundur qələbə qazana bilməməsi ilə bağlı da danışıb: "Bu gün əvvəlkilərlə müqayisədə yaxşı çıxış etdik. Futbolçuları heç vaxt açıq fomada tənqid etməmişəm və etmərəm".
F.Santuş Emin Mahmudovu dayaq yarımmüdafiəçisi mövqeyində oynatmaqla onu yaradıcılıq potensialından məhrum etməsi fikri ilə razılaşmayıb: "O mövqedə dünyanın ən yaxşı oyunçularından biri Pirlodur. O, dayaq yarımmüdafiəsində də texnikasını göstərib. Emin də bu gün yaxşı oynadı. Bu mövqedə onun daha yaxşı olduğunu düşünürəm. Böyük rəqiblərə qarşı irəlidə boşluq az olur. Emin də yaxşı texnikaya sahibdir və son iki matçda mükəmməl oynayıb".
Rafinyadan het-trik
"Böyük klub olmaq istəyiriksə..." - Valdas Dambrauskas
"Sabah"ın 3 qollu qələbəsindən - Video
“Təsadüfi işlə uğur qazanmaq mümkün deyil” - Fərid Namazov
UEFA İrlandiyanın tələbini rədd etdi
"Sabah" "İmişli"yə, "Turan Tovuz" "Zirə"yə qalib gəldi
Vüsal oynadı, komandası qələbə qazandı
"Turan Tovuz" "Zirə"ni belə məğlub etdi - Video
Berdiyevdən Sadıqovun hakim iradına reaksiya
"Hakimlər üzərində təzyiq yaradılır" - Rəşad Sadıqov
"Traktor"un qapıçısı "Sumqayıt"da
"Sabah"ın sabiq futbolçusu vətəninə qayıtdı
Mahirin komandasından növbəti məğlubiyyət
"Sabah" - "İmişli" matçının heyətləri açıqlandı
“Arsenal” Premyer Liqa futbolçularını hədəfə aldı
"Tottenhem" uduzdu, azarkeşlər istefa tələb etdi
Ronaldo yenidən "İmişli"də
Prezidentdən İsgəndər Cavadovla bağlı sərəncam
"Turan Tovuz" - "Zirə": Heyətlər
Dünya nəhəngləri 15 yaşlı futbolçu üçün mübarizə aparır
UEFA FİFA-dan bunu tələb etdi
İtaliya millisinin Türkiyə ilə oyun üçün heyəti açıqlandı
Əfsanəvi futbolçu vəfat etdi
"Kəpəz" 2 yoxlama oyunu keçirəcək
“Onun artıq 35 yaşı, mənim isə 4 illik layihəm var” - Zidan
“Şəfa”nın legioneri: “Qarabağ” daha üstün oynadı” - Video
Xabi Alonso “Çelsi”də də məyus edir
“Qarabağ” hər oyunda 4-5 qol vurmaq istəyir…” - Video
Bundesliqa klubundan baş məşqçi qərarı
Qattuzo: "İkardinin "Latsio"ya transferi mümkün deyil"
Bakıda dünya çempionatı – 191 ölkə, 1000-ə yaxın oyun
De la Fuente Millətlər Liqasının yeni formatını tənqid etdi
Harri Keyn Bundesliqada tarix yazdı
“Çelsi” səfərdə məğlub oldu
“Bavariya”dan darmadağın
"Qarabağ"ın 5 legioneri millidən dəvət aldı
Yankoviçin qolu qələbə gətirdi - Video
"Daha güclü “Şəfa” görəcəyik" - Zaur Həşimov
“Qarabağ” "Şəfa"ya, "Neftçi" "Qəbələ"yə qalib gəldi
Qəbələdə vurulan qollar - Video