Fransa hakimiyyəti Çempionlar Liqasının finalından əvvəl PSJ-yə dəstək olmaq qərarına gəlib.
QOL.az xəbər verir ki, bu barədə Fransa mətbuatı məlumat yayıb.
Paytaxt təmsilçisi Çempionlar Liqasının finalında "İnter"lə qarşılaşacaq. Bildirilir ki, matç zamanı PSJ-nin hər qolundan sonra Eyfel qülləsi işıqlandırılacaq.
Qeyd edək ki, həlledici görüş bu gün Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.
Yamaldan növbəti rekord