"Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Misli Premyer Liqasının 31-ci turunda "Neftçi"ni 3:0 hesabı ilə məğlub etdikləri oyunu şərh edib.
QOL.az xəbər verir ki, o, bu barədə matçdan sonra keçirilən mətbuat konfransında deyib:
- Azarkeşlərimizə təşəkkür edirəm. Bu gün stadionda tam başqa ab-hava var idi. Hər oyunda onları gözləyirik. Azarkeşsiz futbol çox zəif görünür. Çox vacib qələbə qazandıq. Onlardan razı qaldım. Sona kimi sürəti, dinamikanı saxlaya bildilər. "Neftçi" bir neçə yaxşı qol epizodu yaratdı. Bu, onların gücündən xəbər verir. "Neftçi"yə, Samir Abasova uğurlar arzulayıram.
- 90 dəqiqə ərzində təzyiqi davam etdirməyinizi "Araz-Naxçıvan"la kubok oyununa hazırlıq kimi xarakterizə etmək olar?
- Yox. Belə planımız yox idi. Yanvar ayından bu yana bizim məşq etmək üçün bu qədər vaxtımız olmamışdı. Komandanı daha yaxşı bərpa etməyə 8 gün vaxtımız var idi. Bu gün göründü ki, həmin qısa dövrdə yararlana bilmişik. Futbolçular 90 dəqiqə ərzində meydanda gücü, sürəti qoruyub-saxlaya bildilər.
- Kevin Medinanın yayda müqaviləsi bitir. O, komandada qalacaq?
- Medinanın 4 oyundur oynamaması o demək deyil ki, onun oyunundan razı deyiləm. Mateus Silva özünü yaxşı göstərdiyi üçün ona daha çox şans vermək istəyirəm. Müqaviləsi bitmir. Səhv etmirəmsə, hələ bizimlə 2 illik sözləşməsi var. Qarşıdakı oyunlarda ona şans verməyə çalışacağıq.
- Bir həftə əvvəl "Səbail"lə oyundan sonra demişdiniz ki, nə olursa oyun günü komandanın yanından ayrılmaq istəmirəm. Bu gün güləşçi Hacı Əliyevin obyektinin açılışında iştirak etmisiniz. Bu da ictimaiyyət arasında birmənalı şəkildə qarşılanmır. Sizcə, İcraiyyə Komitəsindəki həmkarlarınız sizdən küsməz?
- Buna bir az fərqli yanaşmaq lazımdır. Oyun günü məşqimiz olan gün də olur, olmayan gün də. Digər tərəfdən İcraiyyə Komitəsində 10-15 dəqiqəlik yığıncaq olmur. Orada saatlarla müzakirələr gedir. İclasda iştirak edə bilməyəcəyimi əvvəlki gündən bildirirəm. Biz bir-birimizi anlayırıq. Bu gün Hacının kiçik biznesinin açılışına gedib təbrik etdim, uğurlar arzulayıb tez qayıtdım.
- Abbas Hüseynov rəqabətdə uduzur ki, onun mövqeyində Toral Bayramov oynayır?
- Abbasın ikinci zədəsi olmuşdu. Artıq komanda ilə məşqlərə başlayıb. Çox yüklənən əzələsində problem var idi. Onu birdən-birə oyuna buraxmaq riskdir. Qarşıdakı oyunlarda yavaş-yavaş şans veriləcək.
- Çoxlu qol epizodlarını qaçırmaq sizi narahat etmir?
- Bəli, qol epizodlarımız çox oldu. Çox da narahat etmir. Bir var epizoda məsuliyyətsiz yanaşmaq, bir də var qol vurmaq istəyi var. Bu gün istək həddindən artıq çox idi. Daha çox qol epizodları Kadi Borqesdə oldu. Onun ustalığı həmin epizodlardan yararlanmağa şərait yaradır. Növbəti oyunlarda daha dəqiq olar.
- Nəriman Axundzadə bu mövsüm 37 oyunda 10 qol vurub, 12 assist edib. Ondan istədiyiniz performansı ala bilirsiniz?
- Nəriman son vaxtlar yaxşı mənada dəyişib. Bir müddət əvvəl öz idman formasından uzaq idi. Bizim daim diskussiyamız olur. Daha yaxşı, işgüzar olmalıdır. Tək Nəriman yox, hər biri. Futbola bir az sevgin, həvəsin azaldısa, oynamağa ehtiyac yoxdur. Çünki tələblər çoxdur. Nərimandan tam razı deyiləm. Öz üzərində daha çox çalışsa, futbolu daha çox düşünsə, potensialı daha yüksəkdir. 11-12 qol yox, bu gün bombardirlər sırasında olmalı idi. Həm də olmağa borcludur.
- Mahir Emrelinin "Nürnberq"lə müqaviləsi mövsümün sonunda başa çatır. Onu yayda komandaya gətirmək istəmirsiniz?
- Mətbuatda oxudum ki, klubu ilə yeni müqavilə barədə danışıqlar aparır. Mahirlə heç bir danışığımız olmayıb. Onun məqsədi Avropada oynamaqdır. Orada oynamağı daha məsləhətlidir.
- Klubla müqaviləsi bitən Yassin Benzianı növbəti mövsümdə də komandada görmək istəyirsiniz?
- İstəyərəm. Danışıqlar gedir, təklif olunub. Qarşıda bir neçə ay var. Bəlkə də mövsümün sonunda bilinəcək (sportal.az).
"Xaos vəziyyəti yaratdım ki, həqiqəti görsünlər”
“Milan”ın hücumçusu yaşıl meydanlara geri dönür
“Barselona”nın hücumçusu transfer təkliflərini rədd etdi
“Trabzonspor”un futbolçusu mövsümü erkən başa vurdu
“Roma” Kalyaridə xal itirdi
“Liverpul” Konate ilə sağollaşır?
“Elçe” uğursuzluq seriyasına son qoydu
"Şamaxı"nın səfərdə 3 qolluq qələbəsi - Video
Dani Olmonun əməliyyatı təxirə salındı
Volkan Demirel təyinatından 2 ay keçməmiş istefa verdi
“Fənərbaxça”nın futbolçusu sıradan çıxdı
2-ci liqa: "Qaradağ Lökbatan" səfərdə qələbə qazandı
Dortmund “Borussiya”sının müdafiəçisi klubdan ayrılır
“Fiziki çatışmazlıqlar var, qış fasiləsində mütləq güclənməliyik” - "Karvan-Yevlax"ın məşqçisi
"Bu uğur yeni nəsil üçün motivasiyadır" - Sevinc Cəfərzadə
"Şamaxı" "Karvan-Yevlax"a böyük hesabla qalib gəldi
2-ci liqada 12-ci turun hakim təyinatları açıqlandı
Slotu Cerrard əvəzləyə bilər
AFFA rəhbərliyi cənub bölgəsinə səfər etdi - Şəkillər
Yevlaxda heyətlər açıqlandı
"Sabah"dan AFFA-nın Yusif İmanovla bağlı qərarına etiraz
Buskets və Alba son oyununa çıxdı
Renatın komandası yenə uduzdu
"İnter Mayami" ilk dəfə MLS çempionu oldu
"Barselona"nın oyununda 8 qol - Video
"Qarabağ"ın rəqibi darmadağın oldu, "Bavariya"dan qol yağışı
"Mançester Siti" qalib gəldi, "Arsenal" uduzdu
"Fənərbaxça"dan heç-heçə
Alonso Mbappe və Ronaldonu müqayisə etdi
"Zirə" - "Qarabağ" matçından - Video
“Bavariya” “Ştutqart”ı darmadağın etdi
Ərəblər “Real”ın futbolçusu üçün hərəkətə keçdi
“Lill” gənc ulduzu ilə müqaviləni yenilədi
“Qarabağ” - “Ayaks” matçını yayımlayacaq kanal dəyişdi
“Vilyarreal”dan doğma meydanda qələbə
"Qarabağ"la matçda qazanılan xal dəyərlidir" - Rəşad Sadıqov
“Oyunçular emosional davrana bilər, amma əsəblərini cilovlamalıdırlar” - Qurban Qurbanov
“Aston Villa” son dəqiqə qolu ilə qalib gəldi
“Zirə” “Qarabağ”la bərabərə qaldı
Mərc qalmaqalı səbəbindən matç təxirə salındı
Münhen klubu Şlotterbek iddialarına aydınlıq gətirdi
İtaliya nəhəngləri gənc müdafiəçi üçün səfərbər oldu
"Zirə" - "Qarabağ": Heyətlər