Futzal üzrə Avropa çempionatının seçmə mərhələsinin Ukrayna - Rumıniya matçından əvvəl həssas hadisə baş verib.
QOL.az xəbər verir ki, Polşanın Koşalin şəhərində keçirilən matçdan bir neçə gün əvvəl Ukrayna Futzal Assosiasiyası UEFA-ya müraciət edərək Rusiyanın raket atəşi nəticəsində bugünlərdə Sumı şəhərində həlak olan günahsız mülki insanların xatirəsinin anılmasına icazə verilməsini istəyib. Lakin qitə futbol qurumu 1 dəqiqəlik sükutla bağlı müraciətə 2 dəfə rədd cavabı verib.
Buna baxmayaraq, oyundan əvvəl həlak olanların xatirəsini anmaq mümkün olub. Bu dəfə Ukrayna futzalçıları şəxsən Rumıniya yığmasına müraciət ediblər. Rəqib komanda isə bu təşəbbüsü dəstəkləyib.
Beləliklə, qurbanların xatirəsi oyunun gedişində yad edilib. Hakimin start fitindən sonra top oyuna daxil edilən kimi futzalçılar, məşqçilər yerlərində dayanaraq həlak olanların xatirəsini anıblar.
Qeyd edək ki, oyun Ukraynanın 3:1 hesablı qələbəsi ilə yekunlaşıb.
Hakimi "Real"a keçir?
Depay 1 ay oynamayacaq
Matçları qanunsuz izləyənlər cərimələnəcək
Uğursuz çıxış etdi, baş məşqçidən xəbərdarlıq aldı
"Qızıl top" namizədləri: Yamal, Keyn...
PSJ-nin oyunu təxirə salınır?
"Keçmişdəki uğursuzluqları düşünməyə ehtiyac yoxdur"
"Borussiya" idman direktorunu göndərdi
İngiltərədə Superkubok matçının yeri dəyişdirildi
Flik ayın məşqçisi seçildi
Ben Uayt İngiltərə millisində
Osimhen əməliyyat olundu
"Marsel" klubu prezidenti ilə yollarını ayırdı
Qvardiola qələbəni qızı ilə qeyd etdi - Video
Tudoru o əvəzləyə bilər
Siyasət Əsgərov Türkiyə klubunun düşərgəsində
"Sevilya" baş məşqçisi ilə sağollaşdı
Ronaldo belə bərpa olunur - Şəkillər
"Barselona"ya keçmək istəyir