Foden De Brüynenin açıqlamasına reaksiya verdi

Foden De Brüynenin açıqlamasına reaksiya verdi
XƏBƏR 5 Aprel 2025 / 18:37 2044
-  A +

"Mançester Siti"nin futbolçusu Filip Foden komanda yoldaşı Kevin De Bruynenin hazırkı mövsümün sonunda klubdan ayrılacağını açıqlamasına reaksiya verib.

QOL.az xəbər verir ki, ingiltərəli yarımmüdafiəçi bu barədə sosial şəbəkələrində paylaşım edib: 

"Gedəcəyinə çox təəssüflənirəm, amma səninlə meydanı paylaşdığım üçün çox minnətdaram. Sənə aid o qədər gözəl xatirələrim var, həm meydanda, həm də onun xaricində məni ilhamlandırırdın. Gəl bu son ayları birlikdə maksimum effektiv keçirək. Əfsanə!»

Qeyd edək ki, De Bruyne "Mançester Siti"yə 2015-ci ilin yayında "Volfsburq"dan keçib. Belçikalı yarımmüdafiəçi bu müddət ərzində komandanın heyətində 413 oyuna çıxaraq 106 qol vurub və 174 qolun ötürməsini edib. 

Daha çox


Son xəbərlər
17.05.26  17:46

Rekordunu təkrarladı

16.05.26  22:40

Keyndən yeni rekord

16.05.26  22:16

"Real" onu göndərir

topaz banner