Superliqanın növbəti turuna "Qalatasaray" - "Kasımpaşa" matçı ilə yekun vurulub. Qol.Az-ın məlumatına görə, görüş meydan sahiblərinin qələbəsi ilə başa çatıb.
Bununla da "Cim Bom" öz meydançasında 4 oyundan sonra qalib gəlib. Bununla da "Qalatasaray" xallarını 40-a çatdırıb və 12-ci pilləyə yüksəlib. Superliqadan düşəcəyi dəqiqləşən "Kasımpaşa" isə 23 xalla 18-ci pillədə qalıb.
Hesabat turu vahid lideri müəyyənləşdirməyib. "Fənərbaxça" klubu səfərdə "Karabükspor"u yenərək, birinci pillədəki yerini qoruyub. "Trabzonspor" isə artıq Superliqadan enişi dəqiqləşən "Bucaspor"u səfərdə məğlub etməklə zirvəyə iddiasından əl çəkməyib. İndi həm "Fənərbaxça", həm də "Trabzonspor"un 76 xalı var. "Bursaspor" - "Beşiktaş" matçı baş tutmayıb. Bursalı azarkeşlərin oyun öncəsi törətdiyi iğtişaşlar görüşün ləğvinə səbəb olub.
İlk oyun günündə "Kayserispor" səfərdə "Eskişehirspor"u məğlub edib. bu qələbə "Kayserispor"u 5-ci pilləyə yüksəldib. "Eskişehirspor" isə 44 xalla 7-ci pillədə qalıb.
Türkiyə çempionatı, 32-ci tur
6 may
22:00. "Eskişehirspor" - "Kayserispor" - 1:2
Qollar: Sərdar Özbayraktar, 42 - Ömər Şişmanoğlu, 16; 70
7 may
17:00. "İstanbul BB" - "Antalyaspor" - 1:1
Qollar: Filip Holoşko, 61 - Tita,20
22:00. "Bursaspor" - "Beşiktaş" - baş tutmayıb.
22:00. "Qaziantespor" - "Manisaspor" - 1:0
Qol: Olcan Adin, 70
Qırmızı vərəqə: Fərhat Çökmüş, 76 ("Manisaspor")
8 may
18:00. "Gənclərbirliyi" - "Konyaspor" - 2:1
Qollar: Yasin Öztəkin, 40. Oktay Dəlibalta, 67 - Musa Çağıran, 64
22:00. "Karabükspor" - "Fənərbaxça" - 0:1
Qol: Dieqo Luqano, 66
22:00. "Bucaspor" - "Trabzonspor" - 1:2
Qollar: Abdulkadir Özgen, 87 - Burak Yılmaz, 21. Umut Bulut, 88
22:00. "Sivasspor" - "Ankaragücü" - 1:1
Qollar: Sedat Bayrak, 74 - Stanislav Şestak, 61
9 may
22:00. "Qalatasaray" - "Kasımpaşa" - 3:1
Qollar: Boqdan Stanku, 35. Milan Baroş, 60-pen. Sərvət Çətin, 81 - Nikolay Dimitrov, 45
Qırmızı vərəqə: Luis Enrike, 90+2 ("Kasımpaşa")
|
Komandalar |
O |
Q |
H |
M |
T |
X |
| 1. |
Fənərbaxça |
32 |
24 |
4 |
4 |
74-31 |
76 |
| 2. |
Trabzonspor |
32 |
23 |
7 |
2 |
62-22 |
76 |
| 3. |
Bursaspor |
31 |
15 |
10 |
6 |
46-26 |
55 |
| 4. |
Qaziantepspor |
32 |
16 |
7 |
9 |
42-32 |
55 |
| 5. |
Kayserispor |
32 |
14 |
8 |
10 |
42-39 |
50 |
| 6. |
Beşiktaş |
31 |
13 |
8 |
10 |
47-35 |
47 |
| 7. |
Eskişehirspor |
32 |
11 |
11 |
10 |
36-37 |
44 |
| 8. |
Ankaragücü |
32 |
10 |
11 |
11 |
50-53 |
41 |
| 9. |
İstanbul BB |
32 |
12 |
5 |
15 |
39-42 |
41 |
| 10. |
Karabükspor |
32 |
11 |
8 |
13 |
44-48 |
41 |
| 11. |
Gənclərbirliyi |
32 |
10 |
10 |
12 |
41-47 |
40 |
| 12. |
Qalatasaray |
32 |
12 |
4 |
16 |
36-44 |
40 |
| 13. |
Manisaspor |
32 |
12 |
3 |
17 |
45-50 |
39 |
| 14. |
Antalyaspor |
32 |
9 |
12 |
11 |
37-44 |
39 |
| 15. |
Sivasspor |
32 |
8 |
10 |
14 |
39-52 |
34 |
| 16. |
Bucaspor |
32 |
6 |
7 |
19 |
32-58 |
25 |
| 17. |
Konyaspor |
32 |
4 |
11 |
17 |
27-46 |
23 |
| 18. |
Kasımpaşa |
32 |
5 |
8 |
19 |
31-64 |
23 |
Bombardir: Aleks de Souza ("Fənərbaxça") - 22 qol.