"Qəbələ"nin futbolçusu Şahin Şahniyarov Azərbaycan millisinə çağırılmasına münasibət bildirib.
QOL.az xəbər verir ki, yığmanın baş məşqçisi Fernandu Santuş komandanın təlim-məşq toplanışına 1-ci liqa təmsilçisinin 20 yaşlı yarımmüdafiəçini dəvət edib.
Şahin Şahniyarov isə PFL-in mətbuat xidmətinə açıqlamasında buna görə çox xoşbəxt olduğunu deyib: "Sözün düzü, bu xəbər mənim üçün ani oldu. Çünki milliyə 1-ci liqadan futbolçu dəvət edilməsi gözlənilməz idi. Çox xoşbəxtəm. Amma həqiqətən də o məsuliyyəti artıq öz üzərimdə hiss edirəm. Buradan öz məşqçilərimə təşəkkürümü bildirirəm. İnşallah, yaxşı alınar.
Əlbəttə ki, milli komanda hər bir gənc futbolçunun arzusudur. Bəlkə də hər bir futbolçunun ən böyük istəyi öz ölkəsinin millisinin formasını geyinməkdir. Ona görə də bu, məni çox sevindirir. Milli komandaya dəvət olunmağım kariyerama təsir edə bilər. Amma artıq bundan sonrası mənim özümdən asılı olan bir şeydir. İnşallah, işimin öhdəsindən gələrəm".
O, millimizin baş məşqçisi Fernandu Santuşdan da danışıb: "Fernandu Santuş ad-sanlı, tanınmış, Portuqaliya millisində gördüyü işlərlə öz sözünü deyən baş məşqçidir. Belə bir mütəxəssis tərəfindən bəyənilmək mənim üçün çox xoşdur. Ümid edirəm ki, onun etimadını doğruldacağam".
Fonsekanı o əvəzlədi
Vlahoviçin milliyə qoşulmamasının səbəbi bilindi
“Çelsi” əməkdaşlara xəbərdarlıq etdi
“Everton” Qrilişə yenidən şans verməyə hazırdır
A Seriyası klubu yenə baş məşqçisini göndərdi
İlin rəmzi komandası açıqlandı - Keyn siyahıda yoxdur
“Bodo-Qlimt”in oyununda bədbəxt hadisə - Tribuna çökdü
"Araz-Naxçıvan"ın futbolçusu əməliyyat olundu
Braziliyalı qapıçı “Liverpul”dan ayrılmaq istəmir
Niderlandda azarkeşlərə görə oyun təxirə salındı
Azərbaycan millisinin heyətində dəyişiklik edildi
“Qaradağ Lökbatan” və “Hypers”dən böyükhesablı qələbə
Yığmanın toplanışını buraxacaq
“Sabah”ın özbək futbolçusu evləndi
Millimizin üzvü 90 dəqiqə oynadı
Mourinyo La Liqanın ən yaxşısıdır
Yamal İspaniya millisindən kənarda qalacaq
Baş məşqçi vəzifəsinə əsas namizəd Rauldur
Premyer Liqada tarixi rekorda imza atdı
Yağışa görə Azərbaycanda bu oyun təxirə salındı
Azərbaycan millisi Olimpiya çempionu oldu