Bu gün AFFA İntizam Komitəsinin iclası keçirilib.
QOL.az xəbər verir ki, iclasda 1-ci liqanın 17-ci turundakı qayda pozuntuları ilə bağlı qərarlar qəbul edilib.
Qurum “Qaradağ Lökbatan”ın baş məşqçisi Amit Quluzadəni, “Bakı Sportinq”in oyunçusu Ruslan Süleymanovu, “Karvan”ın futbolçusu Kənan Quliyevi, “İmişli”nin futbolçuları Gilyerme Silva və Rəhim Cəfərlini cəzalandırıb.
MOİK – “Qaradağ Lökbatan” oyunu bitdikdən sonra “Qaradağ Lökbatan”ın baş məşqçisi Amit Quluzadə hakimin qərarına etiraz etdiyinə görə birbaşa vərəqə aldıqdan sonra hakimlər otağına daxil olduğu üçün 3 oyun cəzalandırılıb. “Qaradağ Lökbatan” 300 manat cərimə edilib.
“İmişli” – “Mingəçevir” oyununun 87-ci dəqiqəsində “İmişli”nin 32 nömrəli futbolçusu Rəhim Cəfərli ikinci sarıdan qırmızı vərəqə aldığı üçün 1 oyun cəzalandırılıb, klubu 50 manat cərimə edilib.
Həmin oyununun 87-ci dəqiqəsində “İmişli”nin 4 nömrəli futbolçusu Gilyerme Silva təcavüzkar davranışa görə birbaşa qırmızı vərəqə aldığı üçün 4 oyun cəzalandırılıb, “İmişli” cərimələnib.
“Difai” – “Bakı Sportinq” oyununun 86-cı dəqiqəsində qonaqların 37 nömrəli futbolçusu Ruslan Süleymanov ikinci sarıdan qırmızı vərəqə aldığı üçün 1 oyun cəzalandırılıb, klubu 50 manat cərimə edilib.
“Barselona” “Feyenoord”u darmadağın etdi
Ramil Şeydayevin komandası məğlub oldu
“Fənərbaxça”dan Rusiya klubuna getdi
"Məğlubiyyət tamamilə mənim günahımdır"
Haaland ən yaxşı bombardirlərdən oldu
“Barselona” onu göndərməyə hazırlaşır
"Şahdağ Qusar" "Karvan-Yevlax"a qalib gəldi
Azərbaycan millisi Moldovaya məğlub oldu
Azərbaycan Kubokunda püşkatma mərasimi keçiriləcək
Kvaratsxeliyadan "Qızıl top" şərhi
“Sabah” özünə inamlıdır, yaxşı pressinq edir” - Maykl Karrik
"Sabah" "Mançester Yunayted"lə oyuna ciddi itki ilə çıxacaq
Azərbaycan millisi Gürcüstana yenə uduzdu