İdman Arbitraj Məhkəməsi (CAS) məşhur türk güləşçisi Rıza Kayaalpı 4 il müddətinə yarışlardan uzaqlaşdırıb.
QOL.az Türkiyə mediasına istinadən xəbər verir ki, buna onun qadağan olunmuş maddəni istifadəsi səbəbindən dopinq qaydalarını pozması səbəb olub.
CAS eyni zamanda 36 yaşlı Yunan-Roma güləşçisinin 28 may 2024-cü ildən etibarən əldə etdiyi bütün nəticələrinin ləğvi barədə qərar verib.
Bu məsələyə münasibət bildirən Rıza Kayaalp DHA-ya açıqlamasında qərarın ləğvi üçün hüquqi mübarizəsini davam etdirəcəyini deyib: “Mən, əslində, güləş karyeramı bitirmişəm. Amma kimlərsə mənimlə məşğul olur. Yarışdan əvvəl deyil, hazırlıq zamanl zədə səbəbindən ağrılarımı azaltmaq üçün istifadə etdiyim bir dərman olub. Müalicə prosesində həkimimin yazdığı resepti idman həkimimlə yazılı və şifahi şəkildə məsləhətləşərək, peşəkar idmançı şüuru ilə müalicə olunmuşam. Bunun nəticəsində Dünya Güləş Birliyinin rəsmiləri məni yarışlardan müvəqqəti olaraq kənarlaşdırdı. Təmiz idman karyeramın bu haqsızlığa məruz qalması ilə bağlı hüquqi mübarizəmizə başlamışıq. Heç bir medalıma haqsız qələbə ilə sahib olmamışam. Amma karyeramın sonuna çatdığım bir vaxtda niyə mənimlə məşğul olduqlarını anlaya bilmirəm”.
Kayaalpın bədənə əlavə enerji verən maddədən istifadəyə görə cəzaya məruz qaldığı bildirilir. Bu səbəbdən o, Paris Olimpiya Oyunlarında iştirak edə bilməmişdi.
Qeyd edək ki, Rıza Kayaalp 5 dəfə dünya, 11 dəfə Avropa çempionu olub, Bakı-2015 Avropa Oyunlarının qızıl medalını qazanıb. O, üç dəfə isə Yay Olimpiya Oyunlarının mükafatçıları sırasına düşüb (1 dəfə gümüş, 2 dəfə bürünc medal).
“Bavariya”dan darmadağın
"Daha güclü “Şəfa” görəcəyik" - Zaur Həşimov
“Qarabağ” "Şəfa"ya, "Neftçi" "Qəbələ"yə qalib gəldi
Qəbələdə vurulan qollar - Video
“İlk qola qədər pis görünmürdük” - Amil Ağacanov
“Sabah" bizə müraciət etsə..." - Vernidub
MOİK "Xankəndi"ni məğlub etdi
Mourinyo: "Formula 1-dən öyrənəcəyimiz çox şey var"
"Qarabağ" - "Şəfa": Heyətlər
Yamaldan "Qızıl top" açıqlaması
Xavi sabiq futbolçusu olan bombardiri milliyə çağırmadı
"Sabah"dan 10 futbolçu milli komandalara dəvət alıb
"Qəbələ" - "Neftçi": Heyətlər
Tofiq Bəhramov stadionu təmir olunacaq
41 yaşlı Ronaldo yenidən milliyə çağırıldı
"3-4 şirkətlə aktiv danışıqlar gedir" - PFL rəsmisi
Azərbaycandan Surinam millisinə çağırıldı
Tomas Tuhel İngiltərə millisinin heyətini açıqladı
Azərbaycan kubokunun püşkü atıldı
"Sabah"ın futbolçusu 2 ildən sonra Polşa millisinə çağırıldı
Nəriman niyə bu dəfə milliyə dəvət edilmədi?
Türkiyə millisində karyerasını başa vurdu
"Liverpul"un gənc hücumçusu "Arsenal"a keçdi
Milliyə 30 futbolçu çağırıldı - Onlar kimlərdir?
Libertadores kubokunda yarımfinal cütləri müəyyənləşdi
Klopp millini necə dəyişir? – 44 futbolçu, 16 debütant
"Qarabağ"ın prezidenti bu bankın rəhbəri oldu
Azərbaycanda oynayan futbolçu millimizlə matça çağırıldı
Əfsanəvi futbolçu məşqçiliyə başlayır - Şəkillər
Avropa çempionatında 2 qələbə
Vinçentso İtaliano: "İlhan belə davam etsə..."
Lamin Yamal: “Qara” deyilməsi məni incitmir”
Hasan Şaş saxlanıldı
“Qartal” “Marsel”i belə “parçaladı” - Video
"Beşiktaş" və "Yuventus"dan qələbə - Avroliqa
"Mançester Siti" növbəti mərhələdə
Misli Premyer Liqasında 6-cı turun hakimləri müəyyənləşdi
“Beşiktaş” - “Marsel” matçının heyətləri açıqlandı
İngiltərə İnfantinodan araşdırma tələb etdi
CAF prezidentindən kuboka ev sahibliyi ilə bağlı qəti mövqe
Şamaxıda vurulan 5 qol - Video
İspaniya Superkuboku Türkiyədə keçiriləcək