"Neftçi"nin baş məşqçisi Samir Abasov Misli Premyer Liqasının 23-cü turunda "Qarabağ"a 0:1 hesabı ilə uduzduqları oyundan danışıb.
QOL.az xəbər verir ki, o, matçdan sonra keçirilən mətbuat konfransında deyib:
- Rəhman Hacıyev, Ramil Şeydayevi məcburiyyətdən meydana buraxdınız, yoxsa həqiqətən inanırdız ki, nəsə edəcəklər?
- Hər zaman məşqçilərin dəyişiklikləri uğurlu olmur. Ötən oyun iki əvəzetmə etdik - Emil Səfərov və Ramil Şeydayev. İkisi də qol yaratdılar. Bu dəfə alınmadı. Ağadadaş birinci hissədə aldığı zərbəyə görə artıq ağrımağa başlamışdı. Qaçanda belə axsayırdı. Onu meydanda saxlamaq düzgün olmazdı. Düşündük ki, hücumu gücləndirək. Əfsuslar olsun ki, bunu bacarmadıq, effekti görmədik. Amma bu, futboldur. Belə şeylər olur. Bir dəfə alınır, digər səfər yox. Ramil Şeydayevdən danışırıqsa ötən matça sonradan çıxdı və qələbə qolun ötürməsini etdi. Bu dəfə alınmadı. Bunun xoş tərəfini, təzyiqi salmaq üçün deyirik. Amma futbolçular reallığı tərk etməlidirlər. Rəhman Hacıyev və digərləri də bilməlidir ki, oyuna belə çıxmaq olmaz. Bacardığını qoymalısan, komandaya kömək etmək üçün hər şey etməlisən. Futboldur, olur.
- Sonuncu dəfə "Qarabağ" üzərindəki qələbəniz "Neftçi"yə çempionluq gətirmişdi. Ola bilər ki, 2021-ci ildə "Qarabağ"ı çox pis əsəbiləşdirmişdiniz?
- Oyuna çox yaxşı başladıq, çox istəkli idik. Üç qalibiyyətdən sonra əhval-ruhiyyə yüksək idi. Oyunçuları bu oyuna hazırlamaq biz tərəfdən rahat idi. Futbolçular özləri də başa düşürlər. Ajiotaj yaranmışdı. Fürsətdən istifadə edib oyuna gələn bütün azarkeşlərə "çox sağ ol" demək istəyirəm. Yaxşı ab-hava yaratmışdılar. Biz də bunu bilərək oyuna yaxşı başladıq. Hətta deyərdim ki, uzun müddət "Neftçi" "Qarabağ"a qarşı bu cür oynamamışdı. Əfsuslar olsun ki, səhv və biz dəyişiklik etdiyimiz oyunçular kreativliyi ilə seçilmirdilər. Bəlkə də oyunu daha çox öz üzərinə götürə biləcək futbolçu lazım idi. Onu edə və qol vura bilmədik. Rəqib azlıqda olandan sonra sanki biz də rahatladıq. Və bu komandaya qarşı həmişəki kimi etdiyimiz səhvdən sonra qol buraxdıq. Bizim azarkeşimiz adına üzücüdür. Biz bu qalibiyyəti onlara bəxş edə bilmədik. Qarşıya baxacağıq. Kubok və çempionat oyunlarımız var. Bu əhval-ruhiyyə ilə digər matçlara hazırlaşacağıq.
- Bəlkə Rəhmanın əvəzinə Murad Məmmədovu meydana buraxmaq olardı?
- Bilirsiniz, bu azarkeş tərəfindən baxılıb danışılan söhbətlərdir. Bunun yerinə onu buraxsaydıq, onun yerinə bunu... Dediyim kimi, ötən oyun iki əvəzetmə etdik və qol gətirdilər. İstəyirsən, hücumu gücləndirəsən, o baxımdan əvəzetmə edirsən. Digər oyunçunun çıxıb nə edəcəyini də bilmirsən. İndi oturub "kaş bunu edərdik" demək rahatdır. Yenə deyirəm, istəyimiz hücumu gücləndirmək idi, o da alınmadı.
- "Qarabağ" 11 nəfərlə olanda da "Neftçi" daha üstün oynayırdı. Kevin Medinanın qırmızı vərəqə alması sizin də planınızı pozdu?
- Açığı, oyuna hazırlaşanda sən "Qarabağ"ın 11 oyunçusuna hazırlaşırsan. Ona uyğun planlar qurursan və rəqibin təzyiqini, əks-hücumlarını nəzərə alırsan. Medinanın qırmızı vərəqə alması ilə meydanda çox şey dəyişdi. Top bizdə oldu və təəssüf ki, arxada daha çox saxlayırdıq. Bunu da bizdə olan oyunçularla əlaqələndirirəm. Hazırda yarımmüdafiədə kreativ və çevik oyunçumuz çatışmır. Biz də oyunu əlimizdə olan materiala uyğun qurmuşduq. Görünən odur ki, qırmızı vərəqə doğrudan da oyunumuzu pozdu. Bir tərəfdən rəqibin "qırmızı" almağı xoşdur. Düşünürsən, daha rahat olar. Amma oyunun sonu bu cür oldu.
- Oyunda Kadiyə yaxınlaşıb nə dediniz?
- Elə də yadımda deyil. Sadəcə qol vuranda azarkeşlərə tərəf getdilər. Məncə, dedim ki, elə edək, təzyiq qalxmasın. O qədər də yadımda deyil.
- Məğlubiyyət bundan sonrakı matçlara necə təsir edəcək?
- İnşallah ki, təsir olmaz. Bu oyunda etdiyimiz ən yaxşılarını çıxarıb digər oyunlarda da davam etdirəcəyik. Pisdən yaxşını çıxarsaq bizə kömək olacaq. Düşünürəm ki, komandam son oyunlar pis oynamır. Həm nəticə baxımından, həm də istəkliyik. Bu da yaxşı xüsusiyyətdir. Biraz zaman lazımdır ki, etmək istədiklərimizi daha rahat edək. Psixoloji baxımdan təzyiq var idi. Sanki o biri komandalar uduzmur, təkcə biz məğlub olanda nəsə olur. Bu məqamları aradan götürmək və oyunçuları hazırlamaq çətindir. Amma son oyunlar onu göstərir ki, düzgün yoldayıq və oyunçular da yaxşı oyuna köklənirlər. Bir komanda kimi qələbəyə köklənirlər. Ən yaxşısı nədirsə, onu etməyə çalışacağıq.
- Matçdan sonra bəzi futbolçular azarkeşlərlə sağollaşmadı...
- Birincisi, azarkeşlərin stadionu doldurması "Neftçi"nin böyüklüyü və əzəmətliyidir. Üç qələbədən sonra stadion doldu. Baxmayaraq ki, turnir cədvəlində 6-cı yerdəyik və işlərimiz çox yaxşı getmir. 9-cu pillədən qalxa-qalxa gəlmişik, amma bu da yetərli deyil. Bizə qarşı qoyulan hədəflər də haqlı olaraq yüksək yerlərdir. Sadəcə üç qalibiyyət azarkeşlərimizə ümid verdi. Bizi üzən məqam da odur. Əminəm, futbolçuları da üzən məqam odur ki, stadion dolub, sənə inanırlar, amma üzülüb gedirlər. Futbolçular da insandırlar. Soyunub-geyinmə otağında ağlayan, üzülən oyunçular var. Baxmayaraq ki, bəzilərinin ailələri, uşaqları var. Amma üzüntünü gizlədə bilmirlər. Bəlkə də getməməkləri ən doğrusu idi. Çünki ümidlər qırıldı. Başa düşün ki, futbolun da bu günü, sabahı var. Çalışacağıq, "Qarabağ"a sonrakı oyunda qalib gələk.
- Komandanızın avrokuboklara vəsiqə qazanmaq potensialı var? Uğursuzluğa düçar olsanız, sizin üçün faciə olacaq?
- 1-2 ay bundan əvvəl götürdüyüm komandadan xəbəriniz var idi, yəqin. 9-cu yerdə idi. Onu avrokuboklara daşımağı, əlbəttə ki, çox istəyirik. Mənim də baş məşqçi kimi işim bu istəyi futbolçulara aşılamaqdır. Hər oyuna son matç kimi çıxsınlar. Son görüşlərdə bunun şahidi oluruq. Buna qədər haqlı olaraq deyirdilər ki, komanda ruhsuz oynayır. İndi bunu aradan qaldırmağa çalışırıq. Əlbəttə ki, avrokuboklar "Neftçi"nin adına yaraşır. Amma biz çətin dönəmdəyik. Oyunu otuzdurmalıyıq. Bir şeyi söz verirəm ki, əlimizdən gələni edəcəyik.
- Emin Mahmudov son matçlarda xüsusi fəallıq göstərir. Kapitan sarğısında dəyişilik ola bilər?
- Xeyr, olmayacaq.
“Neftçi” üçün 26 mümkün rəqibdən 11-i… - Onlar kimlərdir?
“Sabah”ın start heyətini görəndə məyus oldum” - Video
Səhvən əvəzləndi, hakimə əsəbləşdi
"Bəlkə də cəzalanıblar, biz hiss etməmişik" - Rəşad Sadıqov
"Komanda haqda mənfi söz deyə bilmərəm" - Veliçko Kaplanoviç
"Kubokdan sonra oynamaq asan deyildi" - Valdas Dambrauskas
"Hədəfimizə çatdıq, bu gün çox xoşbəxtəm" - Yuri Vernidub
“Sabah” - “Neftçi” matçında dava düşdü
"Neftçi" Konfrans liqasına vəsiqəni təmin etdi
"Neftçi" "Sabah"a, "Zirə" "Sumqayıt"a qalib gəldi
61 ildən sonra çempion oldular
"Real"ı tərk edə bilər
"Sumqayıt"da ciddi itki
“Beşiktaş” 2 milyonluq bonusdan məhrum oldu
Rekordunu təkrarladı
Vurduğu qol ilə transferini rəsmiləşdirdi
"Sabah" - "Neftçi": Heyətlər açıqlandı
"Zirə" - "Sumqayıt": Heyətlər
"Yuventus" uduzub 6-cı pilləyə düşdü
Cənubi Koreya millisinin DÇ-2026 üçün heyəti açıqlandı
Qvardiola "Mançester Siti"dən ayrılır
Bundesliqanın ən yaxşı oyunçusu seçildi
İngiltərə kubokunun tarixinə düşdü
Xabi Alonsonun təyinatı açıqlandı - Rəsmi
Nəriman ehtiyatda qaldı
Harri Keynin növbəti het-triki - Video
Azərbaycan cüdoçularından Avropa Kubokunda uğurlu start
Qvardiola Ferqyusonun rekordunu təkrarladı
14 mövsüm sonra yenidən La Liqada
Cəlal Hüseynov dayanmaq bilmir, yenə qol vurdu - Video
Mourinyo: “Qalma ehtimalım 99 faizdir”
Azərbaycan güləşçisi Avropa çempionatının finalında
Keyndən yeni rekord
"Real" onu göndərir
Alonso "Çelsi" ilə razılaşıb?
Şamaxıda vurulan 5 qol - Video
"Bavariya" çempionluğunu 5 qolla qeyd etdi
"Mövsüm bitdikdən sonra..." - Jorj Kaşkilya
İngiltərə Kubokunun qalibi "Mançester Siti" oldu
“Qarabağ” Avroliqaya vəsiqəni təmin edib
"Bəzi futbolçularla vidalaşacağıq" - Qurban Qurbanov
"Qarabağ"ın 3 qollu qələbəsindən - Video
"Hakim qərarlarından qaynaqlanırdı" - Kurban Berdiyev