“Futbolçularımı təbrik edirəm. Çox vacib qalibiyyət idi. Rəqib yaxşı müdafiə olunurdu. İlk qoldan sonra oyun bir az dəyişdi. Bundan sonra rəqib riskə getdi”.
QOL.az sportal.az saytına istinadən xəbər verir ki, bu sözləri “Qarabağ”ın baş məşqçisj Qurban Qurbanov deyib. O, bu gün “Səbail” qalib gəldikləri Misli Premyer Liqasının 22-ci turunun
oyunun sonra keçirilən mətbuat konfransında həmçinin deyib ki, komandası boşluqlardan düzgün istifadə edib: “Səbail"ə və Cavid Hüseynova uğurlar arzulayıram”.
Daha sonra Q.Qurbanov jurnalistlərin suallarını cavablandırıb.
- Riçard Almeydanın “Qarabağ”dan ayrılığının səbəbi nədir?
- Bir az gözlənilməz alındı. İki gün əvvəl danışığımız olmuşdu. Dünən tam dəqiqləşdi. Ölkəsinə, keçmiş komandasına qayıtmaq istədi. Daha çox oynamaq istəyir. Biz belə oyunçulara həmişə hörmətlə yanaşmışıq. Rəhbərliklə danışdım və belə addım atdıq. Təki Riçard üçün, onun ailəsi üçün yaxşı olsun. Burada özünü rahat hiss edirdi. Amma yəqin karyerasını öz ölkəsində başa vurmaq istəyir. Kollektiv olaraq ona uğurlar arzuladıq. Hər zaman "Qarabağ"ın vacib fiqurlarından olub.
- Kadi Borgesin gəlişi ilə komandada hansı dəyişikliklər hiss edirsiz?
- İnşallah, yaxşılığa doğru təsir edər. Dəyişikliklərə hər zaman hazır olmalıyıq. Kadi üçün uyğunlaşmaq çətin olmayacaq. Sadəcə olaraq bir az idman formasından uzaqdır. Daha aktiv, daha hərəkətli Kadi görmək istəyərəm. İnanıram ki, bir aya onu əvvəlki formasına qaytaracağıq.
- Aleksey Kaşukun performansını necə dəyərləndirirsiz?
- Ola bilər ki, hansısa oyunlarda bir az zəif təsir bağışlayır. Belə bir futbolçu üçün bir il kollektiv məşqlərdən uzaq qalması böyük müddətdir. Burada oynadığı matçlarda onun faydalı iş əmsalı heç də aşağı deyil. Hamı Kaşukun potensialını bildiyinə görə rəqib məşqçilər ona xüsusi diqqət ayırır. Mən ondan razıyam. Kollektivin lazımlı fiqurlarından biridir. Daha yaxşı olacaq.
- Qarşıda "Neftçi" ilə oyun gəlir. Bu matç barədə nə deyə bilərsiniz?
- "Neftçi"nin bəzi oyunları olub ki, məğlub olmalı deyildilər. Bizim "Neftçi" ilə matçlarda heç vaxt əvvəlki oyunların nəticələrinə baxılmayıb. Çünki bu, Azərbaycanda böyük derbidir. Nəticədən asılı olmayaraq, həm biz, həm də "Neftçi" oyuna hazırlaşır. Bu komandaya qarşı oynamaq həmişə futbolçular üçün xoş olub. O stadionda (“Neftçi Arena” - red.) yaxşı futbol ab-havası var. İnanıram ki, azarkeşlər üçün baxımlı oyun olacaq.
Argentina millisinin kapitanı seçildi
"Zirə"nin futbolçusu əməliyyat olundu
Malta Millətlər Liqasına qələbə ilə başladı
Azərbaycan boksçusu Avropa çempionu oldu
Qapıçıya sərt cəza - 20 illik futboldan uzaqlaşdırıldı
İrlandiya - İsrail matçı öncəsi gərginlik
Benzemanın “Nike”la əməkdaşlığı başlamadan bitdi
“Benfika” onları şikayət etdi
Özbəkistan millisi İrana qalib gəldi
Kişi klubunu çalışdıran ilk qadın məşqçi ilə yollar ayrıldı
Ürək problemi yaşayan futbolçu fərdi məşqlərə başladı
Azərbaycan Qran-Prisində sərbəst yürüşlər keçirildi
2-ci liqada 6 oyunun hakimləri bilindi
Xavi “Qızıl top” üçün əsas namizədini açıqladı
Vüsal İsgəndərli: “Bu yükün altından çıxmalıyıq”
Alabanın yeni klubu rəsmiləşdi
Bugünkü oyunları yayımlayacaq kanallar
"Araz-Naxçıvan" iki yoxlama oyunu keçirəcək
Polşalı futbolçu faciəvi şəkildə dünyasını dəyişdi
Azərbaycan millisi Avropa çempionatında rekord vurdu
İsgəndər Cavadov Elxan Səmədovla görüşdü
Azərbaycan millisinin heyəti açıqlandı
Mahir və Abdullanın durumu bəlli oldu
“Mənfi rəylər məni daha da motivasiya edir” - Toral Bayramov
"Qəbələ" Yaponiya millisi ilə qarşılaşacaq
"Sabah"ın ÇL oyunları üçün 100 mindən çox bilet satılıb
Azərbaycan AVRO-2028-in pley-offuna çıxa bilər - Şərtlər
Musa Qurbanlı: "Bu oyundan dərs çıxarmalıyıq"
“Polşada xoşbəxtəm, məni yaxşı qəbul edirlər” - Mahir Emreli
"Tottenhem"də itki
Azərbaycan millisi Tacikistanı belə məğlub etdi - Video
Azərbaycan Avropa çempionatında ilk medalını qazandı
“Litvaya qarşı oyun planımız dəyişəcək” - Ayxan Abbasov
A Seriyasının ən bahalı futbolçusu oldu
Mahir Emreli üçün xoşagəlməz an - Video
Azərbaycan millisi Tacikistana qalib gəldi
Cüdoçularımız dünya çempionatını 11 medalla başa vurdu
Azarkeşlər Rodrini rahat buraxmadı - Video
“Yuventus”a qayıda bilər
Ronaldo iki böyük hədəfini açıqladı
Eriksen klubundan ayrıldı
“Mançester Yunayted”dən rekord gəlir
Azərbaycan millisi Tacikistanla matça bu heyətlə çıxır
“Futbol satılmır” - UEFA prezidenti